SON XƏBƏRLƏR

Tehranın xəstəxanalarında yanğından mühafizəyə riayət olunmur

2024.01.26, 12:50
Tehranın xəstəxanalarında yanğından mühafizəyə riayət olunmur

Tehran şəhərinin 6-cı rayonu Fövqəladə Hallar İdarəsi Qandı adına Xəstəxananın müdiriyyətinə yanğından əvvəl təhlükəsizlik barədə 3 dəfə xəbərdarlıq edib.

Gunaz.tv

İdarənin müdiri bu bölgədə xəstəxanaların təhlüksizliyi vəziyyəti barədə IRNA xəbər agentliyinə müsahibə verib.

“6-cı rayonda təxminən 40 özəl və dövlət xəstəxanasına, o cümlədən Xomeyni və Şəriəti adına xəstəxanalarının hərəsinə azı 3 dəfə xəbərdarlıq edib müdiriyyətləri ilə mövcud təhlükələr barədə iclaslar keçirmişik”- deyə İdarənin müdiri Xosrəvani vurğulayıb.

Xosrəvani yanğından əvvəl Qandi adına Xəstəxananın müdiriyyətinə xəbərdarlıqlar olunması və xəstəxananın təhlükəli vəziyyətdə olduğu barədə birgə 3 iclas keçirdiyini qeyd edib.

Bildirək ki, Tehran şəhəri 22 rayondan ibarətdir və  2022-ci il statistikasına əsasən, əhalisinin sayı 9 milyondur. Hər bir rayonda xeyli sayda xətstəxana, klinika və müalicə mərkəzləri yerləşir. 

Tehran şəhərinin 6-cı rayonunda “40 özəl və dövlət xəstəxanasına” dəfələrlə xəbərdarlıq olunsa da, şəhərin müalicə müəssisələrinin təhlükəsizlik durumu standartlara uyğun deyil.

Xatırladaq ki, yanvarın 25-i Tehranın Qandi adına Xəstəxanasında güclü yanğın olaraq xəstələr təxliyə edilib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar