SON XƏBƏRLƏR

Stoltenberq İsveçə görə Ərdoğana təşəkkür edib

2024.01.26, 14:57
Stoltenberq İsveçə görə Ərdoğana təşəkkür edib

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İsveçin NATO-ya qəbul protokolu ilə bağlı qərarına görə təşəkkür edib.

Gunaz.tv

Türkiyə KİV-i xəbər verir ki, Y.Stoltenberq İsveçin iştirakının NATO-nu daha da gücləndirəcəyini vurğulayıb.

Stoltenberq İsveçin üzvlüyünün Türkiyə Böyük Millət Məclisinin iclasında qəbul edilməsindən "məmnun olduğunu" ifadə edərək "Mən də Prezident Ərdoğana sürətli imzasına görə təşəkkür edirəm", - deyə bildirib.

O, həmçinin Macarıstanın baş naziri Viktor Orban və hökumətinin İsveçin NATO-da iştirakı ilə bağlı dəstək mesajını alqışlayıb və əlavə edib: "Macarıstan parlamenti toplanan kimi Macarıstanın İsveçin üzvlüyünü təsdiqini dörd gözlə gözləyirəm".

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar