SON XƏBƏRLƏR

“İran İraq ərazisini vurduğuna görə üzr istəməlidir”- İraqın xarici işlər naziri Fuad Hüseyn

2024.02.22, 13:49
“İran İraq ərazisini vurduğuna görə üzr istəməlidir”- İraqın xarici işlər naziri Fuad Hüseyn

İraqın xarici işlər naziri İran tərəfindən ölkənin əraziləri vurulduğuna görə İranın üzr istəməsini tələb edib. 

Gunaz.tv

“İran Ərbili vurduğuna görə üzr istəməlidir. Tehran Mossadın qərargahını vurduğunu sübut edən sənədlər təqdim etməlidir”- deyə İraqın xarici işlər naziri Fuad Hüseyn qeyd edib.

Nazir həmin tələbi Münxendə keçirilmiş Təhlükəsizlik Konfransı zamanı “Nəşnal” adında BƏƏ internet səhifəsi ilə müsahibəsində irəli sürüb. 

“Biz üzr istəməyi və sənəd təqdim etməyi tələb edirik. Onlar (İran rəsmiləri) Mossad qərargahından danışırlar. Bizə sənəd göstərin” - Fuad Hüseyn

İraqlı nazir həmçinin Ərbilin vurulmasından bir müddət sonra Tehrana səfəri etdiyi vaxtda İran rəsmiləri ilə bu barədə danışdığını deyib.

“Biz onlara dedik ki, sizin dedikləriniz əsassız və sübutsuzdur. Açıq danışım, onlar özləri də nə danışdıqlarını bilmirdilər. Keçirdiyimiz iclasda rəsmilərin hərəsi ziddiyətli sözlər danışırdılar” - nazir qeyd edib.

İraq rəsmisi sözlərinin sonunda İrana xəbərdarlıq edib: “İran öz həmlələrini davam etdirsə, müətləq başqa ssenari ilə qarşılaşacaq
Onlar mülki vətəndaşları hədəfə alıb, bir ailəni həyatdan silib və bir 11 aylıq körpəni öldürüblər. Sonra da bar-bar bağırıb terrorizm və Mossad qərargahından danışırlar”. 

Xatırladaq ki, SEPAH cari ilin yanvar ayının 16-ı İraqın Ərbil rayonunda bir neçə məkanı vuraraq onların Mossadın qərargahları olduğunu iddia edib. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar