SON XƏBƏRLƏR

Ərdoğanın qəzaya düşən konvoyunda yaralanan daha bir polis vəfat edib

2024.03.14, 14:18
Ərdoğanın qəzaya düşən konvoyunda yaralanan daha bir polis vəfat edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yol qəzasına düşən konvoyunda yaralanan bir polis də vəfat edib.

Gunaz.tv

Bu barədə “TRT Haber” məlumat yayıb.

Polis əməkdaşı İlker Duran müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə konvoyu dünən Şırnakda yol qəzasına düşüb. Qəza nəticəsində 1 polis həlak olub, ikisi polis olmaqla 3 nəfər yaralanıb. Yaralılar müalicə alması üçün xəstəxanaya çatdırılıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar