SON XƏBƏRLƏR

SEPAH prezident seçkiləri ilə bağlı xəbərdarlıq etdi

2024.06.18, 12:32
SEPAH prezident seçkiləri ilə bağlı xəbərdarlıq etdi

İran İslam İnqilab keşikçiləri Korpusunun komandirinin siyasi məsələlər üzrə müavini Yədullah Cavani keçirilməsi planlaşdırılan 14-cü dövr preziden seçkiləri ilə bağlı xəbərdarlıq edib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

O, qarşıdan gələn prezident seçkilərində çətinliklər ola biləcəyini deyib.

Cavani bundan əvvəl 11-ci və 12-ci çağırış parlament seçkiləri, Ekspertlər Şurasının 6-cı dövr seçkiləri və həmçinin 13-cü dövr prezident seçkilərində seçici fəallığının kifayət qədər olmadığını etiraf edib.

Qeyd edək ki, İranda 14-cü dövr prezident seçkiləri iyunun 28-də keçiriləcək.

Seçkilərdə Keşikçilər Şurasının təsdiq etdiyi 6 namizəd ölkə prezidentliyi uğrunda mübarizə aparacaq.

Siyasi təhlilçilər isə növbəti prezidentin kim olacağı barədə İran rəhbəri Əli Xaməneinin əvvəlcədən qərar verdiyini deyirlər.

Onların fikrincə hakimiyyət seçki nümayişi göstərməklə daha çox vətəndaşı sandıq başına gətirməyi və bununlada legitimlik qazanmağa cəhd göstərdiyini bildirirlər.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar