SON XƏBƏRLƏR

İran Əfqanistan və pakistanla sərhəddi bağlayır

2024.06.24, 10:35
İran Əfqanistan və pakistanla sərhəddi bağlayır

İran hökuməti ölkənin şərq sərhədlərində divar çəkərək Əfqanistan və Pakistanla sərhəddi bağlamaq istəyir.

Gunaz.tv

Bu barədə İran ordusunun Quru Qoşunlarının şimal-şərq regional qərargahının komandiri Əmir Rza Azərian məlumat verib.

"Ölkənin şərq sərhədlərinin bağlanması üçün işlər sürətləndirilib və hazırda ordunun dörd mühəndis qrupu və ölkənin dörd podratçı şirkəti 4 metr hündürlükdə divarın çəkilməsinə başlayıbıar",- Azərian deyib.

O, Xorasan Rəzəvi əyalətinin Əfqanistanla sərhəddində 297 kilometr uzunluğunda divarın tikintisinin başlandığını, Sistan və Bəlucistan əyalətində də layihənin davam etdiyini söyləyib.

Qeyd edək ki, bundan əvvəl İranın sərhəddi bağlamaq barədə qərarı Taliban hökumətinin etirazı ilə qarşılaşıb.

Taliban hakimiyyəti sərhəddin bağlanmasının yalnız hər iki tərəfin razılığı əsasında baş verə biləcəyini bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar