Caliber.az-ın ötən gün əldə etdiyi məlumatda bildirilib ki, son bir neçə həftə ərzində Ermənistan üçün nəzərdə tutulan silahlar ünvanına çatıb.
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Iranda daha altı məhbus edam edilib
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranda geyim qaydaları sərtləşdirilir
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır
Dövlət Bağçalı: Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması həyati əhəmiyyət daşıyır
Tramp İrana qarşı yeni hərbi əməliyyat keçirə biləcəklərini açıqlayıb
İranda bir ayda 79 məhbus edam edilib
Tom Barak: Xomeynini 1979-cu ildə biz gətirdik
İranda rabitə xərcləri yenidən artdı
İran ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
“Cümhuriyyəti-İslami” qəzeti yeni iddia ilə Azərbaycanı yenidən hədəfə alıb
Belçika parlamenti Rza Pəhləvinin rəsmi dəvətini ləğv edib: O, bütün müxalifəti təmsil etmir
Rusiya və Ukrayna arasında atəşkəs razılaşması əldə olunub
Dünya bazarında neftin qiyməti son 5 ayın ən yüksək həddinə çatıb
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
Ərdoğanın milli qırıcı KAAN təsvirli qalstuku diqqət çəkib
Traktor İran hakimiyyətinin ayrı-seçkiliyi ilə üz-üzə; Dubaya uçuş üçün 30 milyard tümən tələb edilir
Salmasda sel bir uşağın həyatına son qoydu
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub
Sistan və Bəlucistanda polis polkovniki öldürülüb
İranlı nazir azərbaycanlı qızları ölkəsinə dəvət etdi
Pakistan-İran sərhəddində silahı qarşıdurma olub
Ceyhun Bayramov: Hindistan XİN rəhbəri ilə fikir müxtəlifliklərini açıq şəkildə müzakirə etdik, nəticələrini görəcəyik
"Traktor" daha üç xal qazandı
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Müharibədən sonra işsiz vətəndaşların sayı artıb-Millət vəkili
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr endirməyi nəzərdən keçirir – The Atlantic
JP: İsrail husilərə hücum üçün ABŞ vasitəsilə Ər-Riyada məlumat ötürür
Tehran yeraltı obyektlərdə raket və dron istehsalını bərpa edib
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
Caliber.az-ın ötən gün əldə etdiyi məlumatda bildirilib ki, son bir neçə həftə ərzində Ermənistan üçün nəzərdə tutulan silahlar ünvanına çatıb.
Qərbin xeyir-duası ilə məğlub Ermənistana hərtərəfli hərbi, maddi və mənəvi dəstək verilməsi ilə bağlı sensasion xəbərlər yayılıb. Ciddi narahatlıq doğuran bu xəbərlər regionda sülh quruculuğu səylərini əngəlləyir. Eyni zamanda Azərbaycanla Ermənistan arasında normallaşmaya, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə qarşıdır. Qərb dünyası və onun əlaltıları otuz illik işğal və işğaldan sonrakı müddətdə qərəzli və ikili standartlardan irəli gələn formada birtərəfli qaydada Ermənistana dəstək nümayiş etdirir. Və bu sırada bir vaxtlar Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in keçmiş Minsk qrupunun üzvü olan dövlətlər xüsusi ilə seçilirlər. Söhbət ABŞ və Fransadan gedir. Hər iki dövlət 2020-ci il Vətən müharibəsindən sonrakı dövrdə İrəvana dəstək nümayiş etdirib. Son vaxtlar isə bu dəstək hərbi fazaya çatıb. Burada bir məqamı da xüsusi vurğulamaq lazımdır. Məsələ ondadır ki, rəsmi Bakı bütün qonşuları ilə müttəfiqlik və mehriban qonşuluq münasibətləri qurmağı prioritet elan edib. Bu sırada bütün dövlətlər, o cümlədən Rusiya da var. Və bu balanslaşdırılmış siyasət Kremllə gərgin münasibətləri olan ABŞ və Fransa başda olmaqla, bir sıra dövlətləri narazı salıb. Bu səbəbdən də hər vəchlə Bakıya təzyiq göstərməyə, birtərəfli siyasət yürütməsinə çalışırlar.
Bu istiqamətdə həyata keçirilən ən çirkin və bədnam siyasət isə Ermənistanın silahlandırılmasıdır. Ötən gün yayılan xəbərlər də bunu təsdiqləyib.

Silah verən ölkələr arasında ABŞ, Fransa, İran və Hindistan var. Məlumata görə, Fransanın 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri Ermənistandadır. SEZAR özüyeriyən artilleriya qurğuları ilə bağlı əldə edilən məlumata görə, bu silahlar Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir. Daha sonra İranın “Merac” aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırır. 12 ədəd SEZAR özüyeriyən artilleriya sistemi İrəvana çatdırılıb. Təchizatın miqyasını daha yaxşı anlamaq üçün qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin əvvəlində Fransa ordusunun balansında cəmi 76 SEZAR sistemi olub. Bundan əlavə, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 hava-hava raketləri, “ERYX” tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3” tank əleyhinə raket sistemləri verilib. Bundan başqa, Ermənistan silahlı qüvvələri Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik “Apilas” reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə təmin edilib.

ERYX tank əleyhinə raket

Panzerfaust 3 tank əleyhinə sistem

Apilas raket sistemi

Tank əleyhinə raket sistemi BGM71-TOW

R530 hava raketi
Hərbi ekspertlərin fikrincə, müvafiq modifikasiyalardan sonra bu silahlar Ermənistan Hərbi Hava Qüvvələrinin balansında olan müasir Su-30 SM qırıcılarında quraşdırılacaq. Nikol Paşinyanın etiraf etdiyi kimi, Rusiyanın “raketsiz” təchiz etdiyi qırıcılar bu modifikasiyalara ehtiyac duyur. Hindistanda belə modifikasiyalar üçün presedentlər mövcuddur və böyük ehtimalla, uyğunlaşma prosesi artıq müvafiq təcrübəyə malik hindistanlı hərbi mütəxəssislər tərəfindən həyata keçirilir. Qeyd olunanlar arasında xüsusilə ABŞ-nin mövqeyi nəzərə alınmalıdır. Ağ Ev bir tərəfdən bölgədə Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini bəyan etsə də, digər tərəfdən İrəvanla hərbi əməkdaşlığa, hətta təlimlərə start verir. Hər kəsə də bəllidir ki, İrəvanın hələ uzun müddət nəinki qalib gəlmək, hətta müharibə aparmağa nə resursu, nə də imkanı var. Görünür, ABŞ hər vəchlə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışır və bu yolda ermənilərdən istifadə olunur. Son zamanlar Rusiya ilə Ermənistan arasında gərginlik var və bu, artan xətlə gedir. Paşinyan hakimiyyəti Qərbə, ABŞ-yə inteqrasiya etmək xətti tutub. Digər yandan 102-ci bazanın çıxarılması gündəmə gəlib. Faktiki olaraq, Ermənistan ərazisində Fransa və ABŞ-nin nümayəndələri var. ABŞ hərbçilərinin Ermənistanda təlimlər keçməyi, Ermənistan ordusuna təlimatçılar göndərilməsi Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirib.

Maraqlıdır ki, Ermənistan özü susduğu halda, ABŞ və Fransa ermənilərin Qarabağa qayıtması məsələsini davamlı qaldırırlar. Bununla yanaşı, ABŞ Ermənistanda yeni nüvə reaktoru yaradır və onsuz da bütün region üçün böyük təhlükə kəsb edən “Metsamor”u daha da gücləndirir. Bu halda nə Ermənistanın seysmik zonada yerləşməsi, nə nüvə qaçaqmalçılığı kimi problemlər nəzərə alınmır.
Şübhəsiz ki, sülh prosesinin davam etdiyi bir məqamda hərbi kömək edilməsi Ermənistanda revanşist hissləri oyadır. Qərb və ABŞ bu addımı atmaqla Rusiya-Ukrayna müharibəsi fonunda bir oxla bir neçə hədəfi vurmağa cəhd göstərir.
O ki qaldı regiondan min km-lərlə kənarda olan Hindistana - ABŞ-nin və Fransanın diktəsi ilə oturub duran bu ölkə 44 günlük müharibədən sonra Ermənistanı silahlandıran ölkələrdəndir. 2024-2025-ci maliyyə ilində Ermənistan Hindistandan 600 milyon dollar məbləğində silah alıb. Məlumata görə, onlar Ermənistana “Pinaka” raket sistemləri, pilotsuz uçuş aparatları əleyhinə sistemlər, tank əleyhinə sistemlər, başqa silah və hərbi texnika tədarük edib. Dörd Pinaka batareyasının və onlar üçün raketlərin tədarükünə dair müqavilə İrəvana 250 milyon dollara başa gəlib.
Yeri gəlmişkən, Ermənistan ordusuna Qərb silahlarının verilməsi rəsmi Bakının iranlı tərəfdaşlarının davranışından böyük məyusluq yaradıb. Həmişə şifahi olaraq “regionçuluq” siyasətini müdafiə edən və xarici aktorların regiona daxil olmasına mane olan İran bu gün Ermənistana Qərb silahlarının, eləcə də Qərbin lisenziyası ilə istehsal olunan Hindistan silahlarının tədarükü üçün tranzit ölkə kimi çıxış edir. Yəni, Tehranın özü öz fəaliyyəti ilə NATO-nun Cənubi Qafqazda mövqelərini gücləndirməyə və Ermənistanı regionda Qərb qalasına çevirməyə kömək edir.

Su-30 SM Ermənistan Hərbi Hava Qüvvələri
Təəssüf ki, İranın Azərbaycana qarşı qeyri-dost addımlarının sayı bununla başa çatmır. Azərbaycan tərəfinin mənbələri hərtərəfli yoxlamadan sonra sensasion məlumatı təsdiqlədilər ki, İran və Ermənistan 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb. Bu barədə ilk xəbər verən “İran İnternational” nəşri yanılmadı. İranlı tərəfdaşların şəxsi söhbətlərdə və rəsmi kommunikasiyalarda bu xəbərin “saxta” olduğuna dair təminatlarına baxmayaraq, faktların və mənbələrin yoxlanılması məyusedici nəticələr çıxarmağa imkan verir: İran Ermənistanla silah müqaviləsinə yaşıl işıq yandırmaqla, bir daha azərbaycanlıların qanı üzərindən pul qazanmaq qərarına gəlib. Görünür, bəzi ölkələr də insanlar kimi dəyişmirlər.

18.01.2024\17:50 tarixli görüntülər
Beləliklə, Qərb tipli silahların Ermənistana tədarükü ilə guya “regional hərbi balansı bərpa edən” ölkələr nəinki Qafqazda sülhün bərqərar olmasını uzaqlaşdırır, həmçinin uzun illər davam edən qanlı Ermənistan-Azərbaycan qarşıdurmasının yeni mərhələsini qaçılmaz edir. Ermənistan və Azərbaycan yenidən qanlı gölməçəyə itələnir. Hələ də revanşizmdən yaxa qurtara bilməyən Ermənistanın silahlanması və silah tranziti prosesində iştirak edən bütün ölkələr regionun gələcək faciələrinə və erməni dövlətçiliyinin məcburi ləğv edilməsinə görə öz siyasi və tarixi məsuliyyətlərini daşıyacaqlar. Görünür, Azərbaycan yenidən öz dəmir yumruğunu işə salmalı olacaq. Bu prosesdə isə növbəti dəfə uduzan Ermənistan olacaq. İrəvan və onun himayəçiləri anlamalıdırlar ki, revanşizmə sürükləməklə erməni xalqını daha ağır duruma salacaqlar.
GunazTV
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
İran ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
İranda daha beş qadın öldürülüb
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var