SON XƏBƏRLƏR

HƏMAS liderinin Tehranda öldürülməsi böyük məğlubiyyətdir

2024.09.03, 14:00
HƏMAS liderinin Tehranda öldürülməsi böyük məğlubiyyətdir

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranın ortasında öldürülməsi təhlükəsizlik qurumlarının ağır məğlubiyyətidir.

Gunaz.tv

Bu sözləri İranın keçmiş daxili işlər naziri Əbdülvahid Musəvi Lari deyib.

"Haniyənin öldürülməsinə görə, SEPAH-ın kəşfiyyat bölməsi və Təhlükəsizlik Nazirliyi ağır məğlubiyyətə uğrayıblar, ona görə ki, onlar belə bir hadisənin baş verəcəyini proqnozlaşdırıb və qarşısını ala bilməyiblər", Lari bildirib.

Qeyd edək ki, iyulun 30-dan 31-ə keçən gecə Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülüb.

Bundan sonra İran təhlükəsizlik və kəşfiyyat qurumlarının yarıtmazlığı barədə müzakirələr genişlənib və 20-dən çox təhlükəsizlik və başqa məmurlar həbs olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar