SON XƏBƏRLƏR

Qrossi İranın nüvə obyektlərində olub

2024.11.16, 09:43
Qrossi İranın nüvə obyektlərində olub

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi İranın Fordo və Nətənzdə yerləşən uranın zənginləşdirilməsi üzrə əsas obyektlərinə baş çəkib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat verib..

Onun nüvə obyektlərindən keçirdiyi görüş və başqa təfərrüatlar barədə məlumat verilməyib.

Qeyd edək ki, Qrossi noyabrın 14-də İranın Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi və Atom Enerjisi Təşkilatının (AEOI) sədri Məhəmməd Eslami ilə danışıqlar aparıb.

İran tərəfi nüvə proqramı ilə bağlı qalan bütün mübahisələri həll etməyə hazır olduğunu iddia edib.

Fransa, Böyük Britaniya və Almaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Qəyyumlar Şurasının gələn həftə keçiriləcək iclasında İrana qarşı qətnamə qəbul etmək niyyətindədirlər.

Xatırladaq ki, Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana səfərinin qarşısını alması və İranın elan olunmamış ərazilərində aşkar edilmiş uran izləri ilə bağlı dəqiq izahat verməməsi agentlikləTehran arasıdakı mübahisəli məsələlərdəndir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar