SON XƏBƏRLƏR

İranın nüvə silahı proqramına ağır zərbə vurulub

2024.11.16, 10:21
İranın nüvə silahı proqramına ağır zərbə vurulub

Oktyabrın 26-da İsrailin Parçinə hücumu İran İslam Respublikası üçün nüvə partlayış qurğusunun inkişafını son dərəcə çətinləşdirib. 

Gunaz.tv

Bu barədə "Axsius" nəşri iki israilli rəsmiyə istinadən məlumat yayıb.

"İsrailin Taleghan 2 sahəsinə hücumu nüvə qurğusunda uranı əhatə edən plastik partlayıcıların layihələndirilməsi və sınaqdan keçirilməsi üçün lazım olan mürəkkəb avadanlıqları məhv edib",- nəşr yazıb.

Axsius,  Amerika və İsrail rəsmilərinə istinadən xəbər verir ki, İran son bir ildə həssas nüvə tədqiqatlarını bərpa edib, ancaq hələ də nüvə silahı istehsalı istiqamətində bir addım atmayıb.

İsrail rəsmiləri "Axsius"a bildiriblər ki, əgər Tehran nüvə silahı yaratmaq niyyətindədirsə, məhv edilmiş cihazı əvəz etməlidir və bu halda İsrail bu səyi aşkarlaya bilər.

Mənbələrdən biri bu cihazın nüvə bombası istehsalının “darboğazı” olduğunu və onsuz İTehranın çətinliyə düşəcəyini bildirib.

Qeyd edək ki, oktyabrın 26-da İsrailin İrann 3 əyalətindəki hərbi hədəflərə hava hücumu nəticəsində hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.

Bununla yanaşı PUA istehsalı və başqa hərbi təyinatlı təsisatlarda dağıdılıb.

İran hava hücumu nəticəsində şəkildə 4 hərbçisinin öldüyünü açıqlasa da, qreyri-rəsmi məlumatlarda 20 hərbçinin öldüyü və 30 nəfərinin isə yaralandığı bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar