SON XƏBƏRLƏR

Sistan və Bəlucistanda "Bəsic" üzvləri öldürülüb

2024.11.18, 16:03
Sistan və Bəlucistanda "Bəsic" üzvləri öldürülüb

Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Səravan rayonunda SEPAH-a bağlı yarımkönüllü iki "Bəsic" üzvü öldürülüb.

Gunaz.tv

Bu barədə SEPAH-ın Quru Qoşunlarının Qüds Qərargahının İctimaiyyətlə Əlaqələr bölməsi məlumat yayıb.

"Bəsic" üzvlərinin naməlum silahlı şəxslər tərəfindən güllələndiyi, hələlik heç bir qruplaşmanın məsuliyyəti üzərinə götürmədiyi bildirilib.

Qeyri-rəsmi məlumatlarda "Bəsic" üzvlərinin "Ceyş əl-Ədl" silahlı qruplaşmasının üzvləri tərəfindən güllələndikləri iddia olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar