SON XƏBƏRLƏR

Rusiyalı general partlayışda həlak oldu

2024.12.17, 11:49
Rusiyalı general partlayışda həlak oldu

Moskvanın Ryazanski prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib.

Gunaz.tv

Bu barədə TASS-a operativ xidmətlər məlumat verib.

Partlayış nəticəsində Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi həlak olub.

"İlkin məlumata görə, partlayış Ryazan prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində baş verib. İki nəfər ölüb", - TASS agentliyin həmsöhbəti vurğulayıb.

Rusiyanın İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti hadisə ilə bağlı cinayət işinin açıldığını bildirib.

"Moskvada Ryazan prospektində baş vermiş və iki kişinin ölümü ilə nəticələnmiş hadisə ilə əlaqədar Moskva üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları tərəfindən cinayət işi açılıb", - qurumdan bildirilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar