SON XƏBƏRLƏR

Xamənei dollardan imtinaya çağırdı

2025.01.22, 20:39
Xamənei dollardan imtinaya çağırdı

Bu gün bizim iqtisadi sahədəki ən böyük problemlərimizdən biri dollardır.

Gunaz.tv

Bunu İran rəhbəri Əli Xamenei bu gün istehsalçılar və iş adamları ilə keçirdiyi görüşdə deyib və onları dollardan asılılığı azaltmağa çağırıb.

"BRİKS-in maliyyə sistemi və onun üzvü olan ölkələrin valyutaları ilə həyata keçiriləcək maliyyə mübadilələri bu problemin həllinə çox kömək edəcək",- İran rəhbəri ümid edib.

Qeyd edək ki, Donald Trampın andiçmə mərasimindən sonra İranda dollar yenidən bahalaşaraq, azad bazarda hər 1 Amerika dolları 82 min 700 tümənə satılıb.

Tramp adminstrasiyasının İrana qarşı maksimum təzyiq göstərəcəyi və sanksiyaları artacağı barədə bəyanatlardan sonra, İran pulunun dollara nisbətdə dəyərinin dahada azalacağı gözlənilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar