SON XƏBƏRLƏR

Təqaüdçülər 3 Azərbaycan şəhərində etiraz aksiyası keçirdilər

2025.02.03, 16:16
Təqaüdçülər 3 Azərbaycan şəhərində etiraz aksiyası keçirdilər

Güney Azərbaycanın Zəncan, Həmədan və Təbriz şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Fevralın 3-də keçirilən aksiya barədə işçi hərəkatı fəalları məlumat yayıb.

Rabitə Nazirliyinin yerli şöbəsinin qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, təqaüdçülərin 3 ilə yaxındır eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar