SON XƏBƏRLƏR

Təqaüdçülər Təbrizdə yenidə etiraz aksiyası keçirdilər

2025.04.28, 16:19
Təqaüdçülər Təbrizdə yenidə etiraz aksiyası keçirdilər

İran Telekommunikasiya Şirkətinin təbrizli təqaüdçüləri aprelin 28-də yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Əllərində tələblərini əks etdirən plakatlar qaldıran aksiyaçılar, "zülmə son qoyun, haqqımızı geri verin" şüarları səsləndiriblər.

Aksiya iri telekommunikasiya səhmdarlarının, o cümlədən "İmamın Fərmanının İcra Qərargahı" və SEPAH-ın Kooperativ Fondunun hərəkətlərinə, hökumətin və parlamentin təqaüdçülərin tələblərinə qarşı laqeydliyinə etiraz olaraq keçirilib.

Təqaüdçülər gecikmiş təqaüdhaqlarının ödənilməsini, işəgötürən öhdəliklərinin dəqiq və tam yerinə yetirilməsini, sığorta və tibbi xidmətin yaxşılaşdırılmasını, dolanışıqlarında qeyri-müəyyənliyə son qoyulmasını tələb ediblər.

Qeyd edək ki, təqaüdçülərin 3 ildən çoxdur eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar