SON XƏBƏRLƏR

İki amerikalı hüquqşünas Xameneyi və Qaanini müharibə cinayətlərinə görə məhkəməyə verib

2025.10.01, 13:02
İki amerikalı hüquqşünas Xameneyi və Qaanini müharibə cinayətlərinə görə məhkəməyə verib

İki amerikalı hüquqşünas Xameneyi və İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Esmail Qaanini müharibə cinayətləri və soyqırımda ittiham edərək Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edib.

Gunaz.tv

Şikayətdə İranın 7 oktyabr 2023-cü il hücumunda HƏMAS-a dəstək rolu olduğu iddia edilir.

Vəkillər Elliot Malin və Eli Rosenbaum müştəriləri Mauris Şneyderin adından şikayət veriblər. Mauris Şneyderin ailə üzvləri oktyabrın 7-də Kibbutz Nir Ozdan qaçırılaraq əsirlikdə öldürülüblər. Onların cəsədləri 2025-ci ilin əvvəlində İsrailə qaytarılıb.

Şikayətdə Malin və Rosenbaum 7 oktyabr hücumlarında İran İslam Respublikasının HƏMAS-a tam dəstəyini vurğulayırlar. Onlar bildiriblər ki, hücumda iştirak edən şəxslərin İranda təlim keçdiyinə dair məlumat var.

Şikayətdə Roma Statutunun 15-ci maddəsinə əsaslanaraq, Xamneyi və Qaani insanlığa qarşı cinayətlərdə, o cümlədən qətl, qırğın, işgəncə və təqiblərdə, habelə girov götürmə və mülki şəxslərə hücum kimi hərbi cinayətlərdə və nəhayət, soyqırım cinayətində ittiham olunur.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar