SON XƏBƏRLƏR

Amerika İrana görə Türkiyə bankını cəzalandırır

2025.10.07, 14:29
Amerika İrana görə Türkiyə bankını cəzalandırır

Amerika Ali Məhkəməsi Türkiyənin dövlət Halkbankına qarşı ittihamları rədd etməkdən imtina etdi

Gunaz.tv

Bu haqda beynəlxalq media məlumat yayıb.

Məlumata görə, Türkiyə bank Amerikada fırıldaqçılıqda, çirkli pulların yuyulmasında və İrana qarşı iqtisadi sanksiyalardan yayınmaqda əməkdaşlıqda ittiham olunur.

"Ali Məhkəmə Halkbank-ın aşağı instansiya məhkəməsinin qərarından verdiyi şikayəti rədd edib. Qərar o deməkdir ki, bankın Amerikadakı cinayət işi davam edəcək və faktiki olaraq əvvəlki məhkəmənin hökmü qüvvədə qalacaq",- məlumatda bildirilib.

Qeyd edək ki, Halkbankla bağlı iş 2019-cu ildə Nyu Yorkda federal prokurorlar tərəfindən açılıb, Halkbank bütün ittihamları rədd edərək günahsız olduğunu iddia edir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar