SON XƏBƏRLƏR

AEBA: İran agentliklə əməkdaşlığı ciddi şəkildə yaxşılaşdırmalıdır

2025.11.05, 11:57
AEBA: İran agentliklə əməkdaşlığı ciddi şəkildə yaxşılaşdırmalıdır

İran gərginliyin artmasının qarşısını almaq üçün BMT inspektorları ilə əməkdaşlığı ciddi şəkildə yaxşılaşdırmalıdır.

Gunaz.tv

Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi “Financial Times” qəzetinə bildirib.

O qeyd edib ki, 12 günlük İran-İsrail müharibəsindən sonra AEBA İranda bir çox inspeksiyalar həyata keçirib.

Lakin agentliyə İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə giriş icazəsi verilməyib.

Qeyd edək ki, bu obyektlər Amerika tərəfindən bombalanıb.

Xatırladaq ki, Qrossi oktyabr ayında İranın zənginləşdirilmiş uran ehtiyatı ətrafında hərəkətliliyin qeydə alındığını, lakin bunun hələ uranın zənginləşdirilməsi prosesinin davam etdirilməsi demək olmadığını bəyan edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar