SON XƏBƏRLƏR

Şəhriyarın anım mərasimi keçiriləcək

2026.09.11, 15:16
Şəhriyarın anım mərasimi keçiriləcək

Bu il Məhəmməd Hüseyn Behcəti Təbrizinin (Şəhriyar) anım mərasimi beş gün müddətinə şairin doğma Xoşgənab kəndi və Təbrizdə keçiriləcək.

Gunaz.tv

Bu haqda Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Təşkilatının başçısı Nemətullah Payan məlumat verib.

"Bu il ustad Şəhriyarın xatirəsini yad etmək proqramlarını yalnız rəsmi mərasimlə məhdudlaşdırmayaraq, fərqli və müxtəlif formalarda keçirməyə çalışırıq",- o bildirib.

Payan əlavə edib ki, anım mərasimləri ilə yanaşı, bu proqramlar çərçivəsində ustad Şəhriyarın şəxsiyyətinin və ədəbi irsinin müxtəlif aspektləri təhlili üçün ədəbi görüşlər, mədəni proqramlar və bədii seminarlar da təşkil olunacaq.

Qeyd edək ki, 2 yanvar 1906 ildə anadan olan Şəhriyar, 18 sentyabr 1988-ci ildə Tehranda dünyasını dəyişib və 20 sentyabrda Təbrizdə Məqbərətüş-şüəra (Şairlər məqbərəsi) kompleksində torpağa tapşırılıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar