SON XƏBƏRLƏR

Düşənbə Moskvaya nota verdi

2021.10.20, 07:36
Düşənbə Moskvaya nota verdi

Gunaz.tv
Düşənbə Moskvaya nota verdi Tacikistan XİN Rusiya prezidenti Dmitri Medvedyevin Özbəkistana səfəri zamanı söylədiyi fikirlərə nota ilə cavab verib. Rəsmi Düşənbənin narahatlığına səbəb Rusiya prezidentinin Mərkəzi Asiyada bütün istilik elektrik stansiyalarının qonşu dövlətlərin maraqları nəzərə alınmaqla tikilməli olduğu barədə fikirləridir. Medvedyev bildirib ki, ölkəsi bütün tərəflərin razılığı olmayan layihələrdə iştirak etməyəcək. Qeyd edək ki, Mərkəzi Asiya ölkələri arasında münaqişə Tacikistan və Qırğızıstanın öz sərhəd sularında birgə SES tikmək niyyəti ilə bağlıdır. Bu stansiyanın tikilməsi su qıtlığına səbəb ola və Özbəkistanın əkin sahələrinin suvarılmasında ciddi problemlər yarada bilər (APA). Tacikistan tərəfi Medvedyevin "bütün tərəflərin maraqları nəzərə alınmalıdır" fikirlərini Özbəkistanın müdafiəsi kimi dəyərləndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar