SON XƏBƏRLƏR

Vəhid Şeyxbəylinin məhkəməsi davam edir . Onu qanunsuz olaraq həbsdə saxlayırlar

2021.10.20, 07:36
Vəhid Şeyxbəylinin məhkəməsi davam edir . Onu qanunsuz olaraq həbsdə saxlayırlar

Gunaz.tv
Vəhid Şeyxbəylinin məhkəməsi davam edir iran-1.jpg Onu qanunsuz olaraq həbsdə saxlayırlar Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Mühəndis Vəhid Şeyxbəylinin məhkəməsi davam edir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, yanvarın 27-də keçirilən məhkəmə iclası günün sonuna qədər davam edib. Vəkilinin Vəhid bəyin azad olunması tələbinə məhəl qoyulmayıb. Qeyd edək ki, 35 gün bundan öncə ETTELAAT tərəfindən həbs edilmiş Vəhid Şeyxbəyli qeyri-qanuni olaraq həbsdə saxlanılır. Onu pantürkizmdə, bölücülükdə suçlandırırlar. Güneyli fəallar məhkəməyə çağırıldı Güney Azərbaycanda milli fəallara qarşı təqiblər davam edir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, Urmiya şəhərində 4 hərəkat fəalı məhkəməyə çağırılıb. Bunlar Səid Mahmud, Yavər Şərifi, Məhəmməd Şərifi və Əli Əkbəridir. Başqa bir urmiyalı hərəkatçı Puriya Həzrəti isə 104 saylı məhkəmədə mühakimə olunur. Həsən Əsədi həbs edilib 30 yaşlı təbrizli Milli Hərəkat fəalı Həsən Əsədi ETTELAAT məmurları tərəfindən həbs edilib. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, onu 5 gün öncə həbs ediblər. 2006-cı ilin may hadisələri zamanı Təbrizdə yaxalanmış Həsən bəyin hazırda harada saxlandığı bəlli deyil.olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar