SON XƏBƏRLƏR

İRANDAN MİSİRƏ ETİRAZ

2021.10.20, 07:36
İRANDAN MİSİRƏ ETİRAZ

Gunaz.tv
İRANDAN MİSİRƏ ETİRAZ Tehranda Misirin hüquqlarını qoruyan ofisin rəhbəri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlikdə İranın Qəzza zolağına ərzaq və dava-dərman daşıyan yük gəmisinə Misir sahillərində yan almaq icazəsi verilməməsinə etiraz bildirilib. «Media forum» saytının məlumatına görə, Qəzza zolağına 200 ton ərzaq və dava-dərman daşıyan İran yük gəmisini yanvarın 13-də İsrail dəniz qüvvələri saxlayıb və o, Misir sahilinə doğru istiqamət götürüb. Ancaq Misir də gəmiyə sahilə yan almaq icazəsi verməyib. 1981-ci ildə qatı islamçı Xalid Əl- İslambuli Misirin keçmiş prezidenti Ənvər Sədatı qətlə yetirəndən sonra Tehran küçələrinin birinə qatilin adı verilib. O zamandan iki ölkə arasında rəsmi diplomatik münasibətlər kəsilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar