SON XƏBƏRLƏR

Serj Sarkisyan: “Azərbaycan dilində bilirəm”

2021.10.20, 07:36
Serj Sarkisyan: “Azərbaycan dilində bilirəm”

Gunaz.tv
Serj Sarkisyan: “Azərbaycan dilində bilirəm” serj-sarkisyan.jpg Bu gün axşam Dünya İqtisadi Forumunun keçirildiyi İsveçrənin Davos qəsəbəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçiriləcək. APA-nın “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, liderlərin görüşündən əvvəl iki ölkənin xarici işlər nazirləri Əli Babacan və Edvard Nalbandyan bir araya gələcəklər. Davosda ayaqüstü Türkiyə jurnalistlərinin suallarını cavablandıran S. Sarkisyan görüşün iki ölkə münasibətlərində müsbət bir addım olacağını düşündüyünü söyləyib. O, bir jurnalistin “türkcə bildiyinizdən xəbərdarıq. Türk dilində bir cümləlik mesaj verə bilərsinizmi” sualına ermənicə cavab verib: ”Səmimi olaraq deyirəm ki, türk dilini anlamıram. Əvvəl Azərbaycan dilində danışa bilirdim, amma 20 ildir, danışmıram”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar