SON XƏBƏRLƏR

Güney Azərbaycanın Xoy şəhərində farslaşdırma siyasətinə qarşı etirazlar artmaqdadır

2021.10.20, 07:36
Güney Azərbaycanın Xoy şəhərində farslaşdırma siyasətinə qarşı etirazlar artmaqdadır

Gunaz.tv
Güney Azərbaycanın Xoy şəhərində farslaşdırma siyasətinə qarşı etirazlar artmaqdadır 2009-01-28_10063.jpg GÜNAZ.TV mətbuat mərkəzinə daxil olan məlumata əsasən son günlərdə Güney Azərbaycanın Xoy şəhərində milli hərəkat fəalları Güney Azərbaycan şəhərlərində Farslaşdırma siyasətinə qarşı etiraz olaraq Fars şovinistlərin tanınmış banklarından olan “Parsiyan bank”ın Xoy şəhərində şöbəsinin açılmasına etiraz olaraq həmin bankın yeni hazırlanmış lövhəsini qara rənglə qaralayıblar. Bununla yanaşı şəhərin divarlarında “faşistə ölüm”, “Ermənistana ölüm”, “Ya Qarabağ ya ölüm”, “Yaşasın Azərbaycan”, “Yaşasın istiqlal”, “Haray haray mən Türkəm” şüarları yazılmaqdadır. Bu şüarlardan başqa Güney Azərbaycan şəhərlərində milli və mədəni haqları, insan haqlarını əks etdirən yazılar çoxlu sayda artırılaraq yayılmaqda davam etdirilir. Məlum olduğu kimi son illərdə faşist Fars molla hakimiyyətinin göstərişilə Güney Azərbaycanda Türk dilində olan bütün yazılar, mağaza adları, şirkət və müəssisələrin Türkcə olan adlarına qadağa qoyularaq farslaşdırılmağa başlanıb. Türk adlarını dəyişməyən hər bir şəxsə ciddi təzyiq və həbslər həyata keçirilir. Bu qeyri-insani siyasətə etiraz olaraq Güney Azərbaycan milli hərəkat fəalları dövlət, idarə və müəssisələrin plakatlarını qara rənglərlə pozmağa başlayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar