SON XƏBƏRLƏR

YAXIN ŞƏRQDƏ GƏRGİNLİK DAVAM EDİR

2021.10.20, 07:36
YAXIN ŞƏRQDƏ GƏRGİNLİK DAVAM EDİR

Gunaz.tv
YAXIN ŞƏRQDƏ GƏRGİNLİK DAVAM EDİR israil_hava.jpg İsrail hərbi hava qüvvələri ötən gecə Qəzza bölgəsinin Misirlə sərhəddə yerləşən dəhlizlərə raket zərbələri endirib. Ölən və xəsarət alanlar barədə məlumat verilmir. Bundan sonra Qəzza zolağından İsrail istiqamətinə raket atılıb. İsrail Hərbi Hava Qüvvələri, həmçinin, Rəfah şəhəri yaxınlığında yerləşən silah zavodunu atəşə tutub. Bombardman nəticəsində zavoda ciddi ziyan dəyib. Məlumatı İsrail Müdafiə Nazirliyi də təsdiqləyib. Bu arada Həmas rəhbəri Xalid Maşal Qəzza sektoruna açıq gediş-gəlişin bərpası müqabilində İsrail hərbçisi Gilad Şalidi rəsmi Təl-Əvivə təhvil verməkdən imtina edib. Həmas nümayəndəsi Gilad Şalidin qaytarılmasının əvəzində İsrail həbsxanalarında saxlanılan bütün fələstinlilərin azad edilməsini istəyib. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar