SON XƏBƏRLƏR

Azərbaycan və Ermənistan prezidentləri Sürixdə görüşdülər

2021.10.20, 07:36
Azərbaycan və Ermənistan prezidentləri Sürixdə görüşdülər

Gunaz.tv
Azərbaycan və Ermənistan prezidentləri Sürixdə görüşdülər ilham-eliyev-sarkisyan.jpg Yanvarın 28-də Sürixdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan arasında görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparılıb. ------------------------------------------------------------ Milli Məclisinin strukturunda dəyişiklik edilir milli-meclis.jpg Daimi komissiyalar komitələrə çevrilir Azərbaycan Milli Məclisinin strukturunda dəyişiklik edilir. APA-nın məlumatına görə, dəyişikliyə əsasən, Milli Məclisin daimi komissiyaları daimi komitələr adlandırılacaq. Bu məsələ “Azərbaycan Respublikası Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər haqqında” Referendum Aktı layihəsində də əksini tapıb. Konstitusiyanın Milli Məclisin işinin təşkilindən bəhs edən 92-ci maddəsinə edilən təklifdə qeyd olunur ki, Azərbaycan Respublikasının Milli Məclisi öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, komitələr və komissiyalar təşkil edir, Hesablama Palatası yaradır. Qeyd edək ki, hazırkı variantda “komitələr və” sözlərinin yerində “daimi və başqa” sözləri yer alıb. Məsələni APA-ya şərh edən Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu komissiyasının üzvü Rafael Cəbrayılov bildirib ki, dünyanın bir çox ölkələrinin parlamentlərində komitələr fəaliyyət göstərir: “Bu təklif qəbul edilərsə, Milli Məclisdə komitələrin sayı arta da bilər”. Təkliflərdə “komissiyalar” sözünün saxlanması və komissiyaların funksiyalarına gəlincə, deputat Milli Məclisin eyni zamanda hər hansı məsələ ilə bağlı komissiya yarada biləcəyini söyləyib: “Məsələn, bu gün Milli Məclis yanında Toponimiya komissiyası fəaliyyət göstərir. Belə komissiyalar başqa məsələlərlə bağlı da yaradıla bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar