İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Elə sadə insanlar da lap «Nabucco» layihəsinin özünə də sadəcə iş yeri kimi baxırlar Hüseynbala Səlimov, müstəqil analitik İndi hamının – həm siyasətçilərin, həm də ekspertlərin də diqqəti növbəti böyük enerji layihəsinə yönəlib. Söhbət «Nabucco»dan gedir. İlk baxışda bir qədər mübaliğəli görünsə də, kommunizmin süqutundan sonra ən çox yadda qalan detal məhz alternativ enerji imkanlarının artırılması, onların ixracı üçün yeni kəmərlərinin çəkilməsi olub. Həmin hadisələr bir çox hallarda dramatik geosiyasi və geoiqtisadi çalarlarla müşayiət olunub. Bəzi hallarda enerji problemləri nəinki digər təhlükəsizlik məsələlərini, hətta demokratiya və insan haqları ilə bağlı qayğıları da arxa plana keçirib. İndi dünyada sözün əsl mənasında «qaz müharibəsi» gedir. İnhisarçı qaz ixracatçısına çevrilən Rusiya bununla nəinki Avropanı təhdid edir, hətta bu amildən müəyyən geosiyasi dividentlər götürmək istəyir. Məsələnin qəlizliyi də ondadır ki, neftin dünya bazarında qiymətinin düşməsinə rəğmən «mavi yanacağ»ın qiyməti nəinki azalmır, əksinə ona olan tələbat günbəgün artır. Artıq qeyd edildiyi kimi, böyük enerji layihələrinin gerçəkləşməsi həmişə müəyyən siyasi və iqtisadi çətinliklərlə qarşılaşıb. Əvvəlcə hətta «Nabucco»nun ən azı yaxın dövr üçün real olmayacağı bildirilirdi. Amma Macarıstan görüşü müəyyən ümidlər üçün əsas verir, baxmayaraq ki, problemin tam həlli eyni zamanda bir neçə amildən asılıdır. Avropa dövlətləri nə qədər israrlı olacaqlar? Rusiya öz ərazisindən yan keçən, xüsusən indi əsasən ixrac etdiyi Orta Asiya qazının tamamilə başqa kəmərlə nəql olunmasına imkan verəcəkəmi? Bəs Azərbaycanın məsələyə münasibəti hansı şərtlər çərçivəsində formalaşacaq? Suallar çoxdur və onların hamısını təkcə bir yazıda əhatə etmək kifayət qədər çətindir. Azərbaycana gəldikdə, onun mövqeyində müəyyən ciddi tərəddüdlər hiss olunur. Bu tərəddüdlər özünü çoxdan büruzə verib. Bunu müəyyən mənada «balanslaşdırılmış siyasət»in böhranı kimi də səciyyələndirmək də olar: bir tərəfdən Rusiyanı, o biri tərəfdən də Qərbi narazı salmaq istəmirlər! Təkcə borularla Avropaya, dünyaya inteqrasiya olunmaq mümkün olsaydı, onda hər şey bir anın içində dəyişərdi! Bakı-Ceyhan kəmərinə də «dənizdən dənizə tuşlanan əfsanə» - deyirdilər. Nə dəyişdi?Rusiya əvvəldən Azərbaycan qazına iddialı idi, «Qazprom» ölkənin bütün qazını hətta dünya qiymətləri ilə almağa hazır olduğunu bildirmişdi. «Nabucco»da Azərbaycanın həm tranzit, həm də qaz təchizatçısı kimi iştirakı arzu edilir. Azərbaycan isə hələlik mürəkkəb münasibət təzahür etdirir, birmənalı şəkildə nə «yox» - demir, nə də layihənin əleyhinə çıxmır, amma onun mövqeyində qeyri-müəyyən çalarlar hiss olunur. Düzdür, bütün bunların hamısı daha çox kommersiya amilləri ilə şərtlənir, ilk baxışda belə təəssürat yaranır ki, ölkə öz qazını sadəcə baha və sərfəli qiymətə satmaq istəyir. Təbii ki, bu yanaşmada müəyyən məntiq tapmaq olar. «Amma böyük enerji qarşıdurması»ndan yan keçmək arzusu da nəzərə çarpacaq dərəcədə güclüdür. Sanki Gürcüstan-Rusiya müharibəsindən sonra Azərbaycan rəhbərliyi Rusiyanı yenidən «kəşf edib»! Hətta Dağlıq Qarabağla bağlı əvvəlki «hərbi ritorika» yoxdur. Elə əvvəldən də məlum idi ki, bu «ritorika» daha çox daxili auditoriyaya, onu sakitləşdirməyə, ona təskinlik verməyə yönəlib. Təbii ki, Azərbacyan – Rusiya münasibətlərini bəsit və birmənalı şəkildə qiymətləndirmək çətindir. Amma Rusiyanın timsalında Azərbaycan «avtoritarizmin sarsılmaz dayağı»nı tapıb. Dövlətlər arasındakı münasibətlər ideal olmasa da, hakim siyasi elitalar arasında kifayət qədər analaşıqlı münasibətlər mövcuddur. Hətta hakim elitanın səsləndirdiyi siyasi tezislərin bir çoxu rusiyalı texnoloqların hazırladıqları ştamplardır. Ən çox dilxorçuluq yaradan detal isə budur ki, Azərbaycanın dünyada neft və qaz ixracatçısı kimi imici artdıqca, ölkənin öz əhalisi enerji, xüsusən də qaz qıtlığından əziyyət çəkir. Bu hal əyalətlərdə, Bakıdan bir qədər uzaqlarda da daha çox hiss olunur. Qlobal iqtisadi böhran nəticəsində bütün dünyada yanacağın qiyməti düşdü. Amma Azərbaycanda bu, baş vermədi, dövlət məmurları «ağla gələn və gəlməyən» arqumentlərlə əsaslandırdılar ki, buna ehtiyac yoxdur. Neft və qazla zəngin ölkələrdə ilk növbədə daxili tələbat önə çəkilir. Azərbaycanda isə hər şey əksinədir. Gürcüstanın, Avropanın qazla təmin edilməsi çox yaxşı haldır. Amma Azərbaycanın elə rayonları var ki, hətta isinməyə odun belə tapa bilmirlər! Elə sadə insanlar da lap «Nabucco» layihəsinin özünə də sadəcə iş yeri kimi baxırlar, ümid edirlər ki, müvəqqəti də olsa yeni iş yerləri açılacaq! Səbəb də sadədir: təkcə borularla Avropaya, dünyaya inteqrasiya olunmaq mümkün olsaydı, onda hər şey bir anın içində dəyişərdi! Bakı-Ceyhan kəmərinə də «dənizdən dənizə tuşlanan əfsanə» - deyirdilər. Nə dəyişdi? Bəlkə Azərbaycan dönüb Avropa ölkəsi oldu, yoxsa insanların həyat səviyyəsi ciddi şəkildə dəyişdi? Deməli, təkcə zəngin ölkə olmaq hələ çox azdır, çox az... Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb