SON XƏBƏRLƏR

İlham Əliyev Böyük Britaniyanın hersoqu və Türkiyənin baş nazirilə görüşüb

2021.10.20, 07:36
İlham Əliyev Böyük Britaniyanın hersoqu və Türkiyənin baş nazirilə görüşüb

Gunaz.tv
İlham Əliyev Böyük Britaniyanın hersoqu və Türkiyənin baş nazirilə görüşüb 2009-01-29_10098.jpg Prezident İlham Əliyev “Konqress” mehmanxanasında Böyük Britaniyanın hersoqu Endryu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, bu sahədə əməkdaşlığın genişlənəcəyinə əminlik ifadə olunub. İlham Əliyev həmçinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla da görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyindən məmnunluq ifadə olunub. İki ölkənin iqtisadi cəhətdən inkişafının xalqlarımızın rifah halının daha da yüksəlməsi işinə xidmət etdiyi, ikitərəfli münasibətlərin həm də regional əməkdaşlığa töhfə verdiyi bildirilib. Söhbət zamanı ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi baxımından yüksək səviyyədə mütəmadi görüşlərin əhəmiyyəti vurğulanıb, qarşılıqlı münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. İlham Əliyevin İsveçrəyə səfəri davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar