SON XƏBƏRLƏR

Ölkədə 15 milyon narkoman var

2021.10.20, 07:36
Ölkədə 15 milyon narkoman var

Gunaz.tv
Son günlərdə İranın bəzi mətbuat orqanlarında ölkədə aclıqdan və ictimai təminatsızlıqdan vəfat edənlərin, narkomanların, aclıq həddində yaşayanların günü-gündən çoxaldığını bildirən yazılar dərc edilib. Son iki ilin araşdırmaları nəticələrindən məlum olub ki, İranda 14 milyon insan aclıq həddində yaşayır. DAK-ın məlumatına görə, təkcə axır bir ildə 48 nəfər aclıqdan həlak olub ki, onların 33 nəfəri kişi, qalanları qadın və uşaqdır. Həlak olanların cəsədlərində aparılan araşdırmalarda bu insanların aclıqdan və qida çatışmamazlığından öldükləri İranın rəsmi orqanları tərəfindən təsdiqlənib. Bundan əlavə, ölkədə 15 milyona yaxın narkoman və narkotik maddələrə aludələr var. İranda insan haqları ilə əlaqədar təşkilatların tədqiqatlarında göstərilir ki, İran narkotik maddələrin Avropa ölkələrinə ötürülməsində əsas körpü rolu oynayır. Ölkə daxilində bu zəhərli maddələrin növlərinin çox və dəfələrlə ucuz olması da narkotik maddələrə marağın artmasına gətirib çıxarır, lakin ən əsas səbəb budur ki, İran ölkəsində insanların boş vaxtlarını keçirmək üçün lazımi imkanlar verilmir. İran gəncləri daxili enerjilərini qapalı bir ölkədə heç bir yolla dəf edə bilmədiyi üçün əksər hallarda narkotikaya pənah aparırlar. Demək olar ki, bu sahəyə dövlət tərəfindən heç bir nəzarət yoxdur. Ona görə ki, İranın hökumət rəsmiləri həm özləri narkotik maddələrdən istifadə edirlər, həm də narkomafiya şəbəkələrində fəal gücə malikdirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar