SON XƏBƏRLƏR

İRANDA SEÇKİ EHTİRASLARI (Parlamentin keçmiş sədri Silahlı Qüvvələrin baş qərargah rəisinin indiki prezidenti müdafiə etməsinə qarşı çıxdı)

2021.10.20, 07:36
İRANDA SEÇKİ EHTİRASLARI (Parlamentin keçmiş sədri Silahlı Qüvvələrin baş qərargah rəisinin indiki prezidenti müdafiə etməsinə qarşı çıxdı)

Gunaz.tv
İRANDA SEÇKİ EHTİRASLARI (Parlamentin keçmiş sədri Silahlı Qüvvələrin baş qərargah rəisinin indiki prezidenti müdafiə etməsinə qarşı çıxdı) 2009-01-28 - 16:48:00 çap versiyası İran parlamentinin keçmiş sədri, Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi Silahlı Qüvvələrin baş qərargah rəisi Həsən Firuzabadiyə ünvanladığı məktubda hərbiçilərin prezident seçkisinə müdaxiləsini pisləyib. Firuzabadi iki gün əvvəl indiki prezident Mahmud Əhmədinejada dəstək verdiyini açıqlayıb: «Bir sıra qruplar çalışır ki, hökumətə və parlamentə nüfuz etməklə əcnəbi güclərin bura ayağını açsınlar, ölkəni Qərb liberalizmi istiqamətinə yönəltsinlər. Onlar elə güman edir ki, prezidentliyə yeni bir namizəd irəli sürsələr, Əhmədinejadın hakimiyyətinə son qoya bilərlər. Onlar səhv yoldadır. Əhmədinejad yüksək iş qabiliyyəti olduğunu sübut edib. Prezident postu yaşlı və təqaüdə çıxmış şəxslər üçün münasib deyil». «Media forum» saytının məlumatına görə, Mehdi Kərrubi məktubunda baş qərargah rəisinə etiraz edib: «Belə görünür ki, siz prezident seçkisinə müdaxilə edən hərbiçilərin rəhbərliyini öz üzərinə götürmüsünüz. Sizcə, müəyyən postlara gəlmək üçün yeganə şərt yaşdırmı? Məgər ölkənin qanunları yoxdur ki, siz prezidentliyə namizədliklərini irəli sürənlərin yaş şərtlərindən danışır, onların səhv yolda olduqlarını iddia edirsiniz?». İranda prezident seçkisi 2009-cu il iyunun 12-də keçiriləcək. Seçki marafonu başlamasa da, indiyədək ölkənin tanınmış siyasətçiləri, o cümlədən sabiq prezident Məhəmməd Xatəmi, keçmiş baş nazir, azərbaycanlı Mirhüseyn Musəvi, parlamentinin keçmiş sədri Mehdi Kərrubi və keçmiş deputat, azərbaycanlı Əkbər Ələmi namizədliklərini irəli sürəcəkləri ehtimalından danışıblar. «Media forum»ایراندا سئچکی ائهتیراس‌لاری (پارلامئنتین کئچمیش سدری سلاح‌لی قوه‌لرین باش قرارگاه ری‌سی‌نین ایندیکی پرئزیدئنتی مدافعه ائتمه‌سینه قارشی چیخدی) 2009-01-28 - 16:48:00 چاپ وئرسیاسی ایران پارلامئنتی‌نین کئچمیش سدری، میللی ائتیماد پارتیاسینین رهبری مئهدی کرروبی سلاح‌لی قوه‌لرین باش قرارگاه ری‌سی حسن فیروزابادییه اونوانلادیغی مکتوبدا حربی‌چی‌لرین پرئزیدئنت سئچکی‌سینه موداخیله‌سینی پیسله‌ییب. فیروزابادی ایکی گون اول ایندیکی پرئزیدئنت ماهمود اهمدینئژادا دستک وئردیگینی آچیقلاییب: «بیر سیرا قروپ‌لار چالیشیر کی، حکومته و پارلامئنته نفوذ ائتمکله اجنبی گوج‌لرین بورا آیاغینی آچسین‌لار، اؤلکنی قرب لیبئرالیزمی ایستیقامتینه یؤنلتسین‌لر. اونلار ائله گومان ائدیر کی، پرئزیدئنت‌لییه یئنی بیر نامیزد ایره‌لی سورسه‌لر، اهمدینئژادین حاکمیتینه سون قویا بیلرلر. اونلار سهو یولدا‌دیر. اهمدینئژاد یوکسک ایش قابیلیتی اولدوغونو ثبوت ائدیب. پرئزیدئنت پوستو یاش‌لی و تقاوده چیخمیش شخص‌لر اوچون موناسیب دئییل». «مئدیا فوروم» سایتینین معلوماتینا گؤره، مئهدی کرروبی مکتوبوندا باش قرارگاه ری‌سینه اعتراض ائدیب: «بئله گؤرونور کی، سیز پرئزیدئنت سئچکی‌سینه موداخیله ائدن حربی‌چی‌لرین رهبرلیگینی اؤز اوزرینه گؤتورموسونوز. سیزجه، مویین پوست‌لارا گلمک اوچون یئگانه شرط یاشدیرمی؟ مگر اؤلکه‌نین قانون‌لاری یوخ‌دور کی، سیز پرئزیدئنت‌لییه نامیزدلیک‌لرینی ایره‌لی سورن‌لرین یاش شرط‌لرین‌دن دانیشیر، اونلارین سهو یولدا اولدوق‌لارینی ادعا ائدیرسینیز؟». ایراندا پرئزیدئنت سئچکی‌سی 2009-جو ایل یونون 12-ده کئچیریله‌جک. سئچکی مارافونو باشلاماسا دا، ایندیدک اؤلکه‌نین تانینمیش سیاست‌چی‌لری، او جمله‌دن سابیق پرئزیدئنت محمد خاتمی، کئچمیش باش ناظر، آذربایجان‌لی میرهوسئین موسوی، پارلامئنتی‌نین کئچمیش سدری مئهدی کرروبی و کئچمیش دئپوتات، آذربایجان‌لی اکبر المی نامیزدلیک‌لرینی ایره‌لی سوره‌جک‌لری ائهتیمالین‌دان دانیشیب‌لار. «مئدیا فوروم»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar