SON XƏBƏRLƏR

AZƏRBAYCAN DİPLOMATİK AKADEMİYASI BİNASININ TİKİNTİSİNƏ BAŞLANILIB

2021.10.20, 07:36
AZƏRBAYCAN DİPLOMATİK AKADEMİYASI BİNASININ TİKİNTİSİNƏ BAŞLANILIB

Gunaz.tv
AZƏRBAYCAN DİPLOMATİK AKADEMİYASI BİNASININ TİKİNTİSİNƏ BAŞLANILIB 2009-01-28 - 19:03:00 çap versiyası Azərbaycan Diplomatik Akademiyasının (ADA) binasının tikintisinə başlanılıb. Bunu yanvarın 28-də keçirdiyi mətbuat konfransında xarici işlər nazirinin müavini, akademiyanın rektoru Hafiz Paşayev deyib. AzərTAc-ın məlumatına görə, H.Paşayev bildirib ki, akademiyanın binası 40 hektar ərazisi olan Dədə Qorqud parkının 3 hektarlıq sahəsində tikilir. H.Paşayevin sözlərinə görə, müasir beynəlxalq standartlara cavab verəcək akademiya şəhərciyi tədris mərkəzi, kitabxana, tələbə mərkəzi, pedaqoji heyət və tələbələr üçün yaşayış binalarından, müxtəlif idman və istirahət guşələrindən ibarət olacaq. Tikintinin 2011-ci ildə tamamlanacağını deyən rektor Diplomatik Akademiyanın fəaliyyət göstərdiyi 2 il ərzində gördüyü işlər və gələcək planları barədə də danışıb. ADA-nın beynəlxalq münasibətlər institutu olduğunu, burada diplomatlar və dövlət qurumlarının əməkdaşları üçün akademik proqramlar üzrə kurslar keçirildiyini vurğulayan rektor hazırda magistraturaya sənədlərin qəbulunun davam etdiyini, tədrisin isə bu ilin sentyabrında başlanacağını bildirib: «Bu il magistraturaya 25 nəfərin qəbulu nəzərdə tutulur, gələcəkdə isə bu rəqəm 120-yə çatacaq və onların 25 faizini xarici tələbələr təşkil edəcək. Təhsil yalnız ingilis dilində aparılacaq, illik təhsil haqqı 4750 manat olacaq». H.Paşayev onu da qeyd edib ki, akademiyaya qəbul olunmuş istedadlı gənclərin maddi cəhətdən problemləri olarsa, onlara güzəşt ediləcək. Rektor «Heydər Əliyev» və «Dədə Qorqud» təqaüdlərinin təsis edilməsi, ADA-nın davamlı inkişafı təmin edən maliyyə fondunun olacağı, bura şirkətlərdən, xeyriyyə təşkilatlarından, xarici fondlardan vəsait köçürüləcəyi barədə məlumat verib: «Artıq bu məqsədlə Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində görüşlər keçirilib».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar