SON XƏBƏRLƏR

İsrail yenə Qəzzaya girdi

2021.10.20, 07:36
İsrail yenə Qəzzaya girdi

Gunaz.tv
İsrail yenə Qəzzaya girdi İsrail ordusunun əsgərləri yenidən Qəzzaya daxil olublar. Bəzi Türkiyə mənbələrinin xəbərinə görə, qoşunlar anklavın şimalında Xan Yunus qəsəbəsinə giriblər. Hələlik Qəzzaya girən qüvvələrin sayı və atəşkəsin pozulmasının səbəbləri barədə xəbər verilmir. "CNN-Türk" telekanalının xəbərinə görə, HƏMAS İsrailin Qəzzaya hava hücumu etdiyini və bu zaman Xan Yusuf yxınlığında 2 nəfərin yaralandığını bildirib. HƏMAS özünün bir döyüşçüsünün də yaralandığını deyib. Xatırladaq ki, İsrail və HƏMAS bir həftə öncə ayrı-ayrılıqda atəşkəs elan etmişdilər. Fələstinlilərin sözlərinə görə, Xan Yusif qəsəbəsinə tank və buldozerlər yeridirib. Əslində münaqişə zonasında atəş səsləri dünən səhərdən səslənirdi. Ərəb mediasının xəbərinə görə, Qəzza sərhədindəki bir partlayışda bir israilli əsgər ölmüşdü. İsrail bu xəbəri təsdiqləmişdi. İsrailin cavab atəşi ilə isə bir fələstinli həlak olduğu bildirilirdi. Görünür, İsrailin yeni hücumu da bununla bağlıdır. Atəşkəsədək 22 günlük İsrail-Fələstin müharibəsində 1300 fələstinli ölmüşlw% İsrail isə 10 əsgər itirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar