SON XƏBƏRLƏR

Güneyli soydaşımız Barak Obamaya məktub yazıb

2021.10.20, 07:36
Güneyli soydaşımız Barak Obamaya məktub yazıb

Gunaz.tv
Güneyli soydaşımız Barak Obamaya məktub yazıb article_1233064792.gif Sənəddə ABŞ prezidentindən Güney Azərbaycan məsələsini diqqətdə saxlamaq tələb olunur Berlin şəhərində fəaliyyət göstərən Azərbaycan-Alman Akademik Cəmiyyətinin sədri, professor Əhməd Omid Yəzdani Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya məktub ünvanlayıb. sənəddə Barak Obamanı ABŞ dövlət başçısı münasibətilə təbrik edən müəllif Güney Azərbaycan problemindən söhbət açıb. Məktubda bildirilir ki, İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan Azərbaycan türkləri mövcud fars şovinist rejiminin mədəni qətliam siyastinə məruz qalıb: "Bizim dil, kültür və milli kimliyimiz bu ölkədə qəddarcasına əzilir. Belə ki, 25 milyondan çox olan azərbaycanlıların ana dilində bir məktəbi belə yoxdur. İran adlanan yerin həbsxanalarında çoxlu azərbaycanlılar var. Onların da "cinayətləri" yalnız ana dili və kültürlərinin azadlığı üçün mədəni və sivil yollarla mübarizə aparmaqdır. Sizdən xahiş edirik ki, İran adlanan yerdəki mövcud fars şovinist rejiminin millətimizin ən ibtidai haqlarının əzilməsindən xəbərdar olasınız və Azərbaycan türklərinin dil və kültür azadlığı uğrunda apardığı mübarizəni himayə edəsiniz".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar