SON XƏBƏRLƏR

Barak Obama müsəlmanlara müraciət etdi

2021.10.20, 07:36
Barak Obama müsəlmanlara müraciət etdi

Gunaz.tv
Barak Obama müsəlmanlara müraciət etdi Amerika Prezidenti Barak Obama özünün ilk rəsmi televiziya müsahibəsində müsəlman dünyasına müraciət edib və bildirib ki, amerikalılar müsəlmanlara düşmən deyil. Dubayda mənzillənən Əl-Ərəbiyyə şəbəkəsinə müsahibəsində cənab Obama deyib ki, İran əlinin sxılmasını istərsə, ABŞ da İrana öz dostluq əlini uzadacaq. Bu arada isə cənab Obamanın Yaxın Şərq üzrə nümayəndəsi Corc Mitçel regiona səfər edir və yeni diplomatiya mesajlarını buraya gətirir. O, Misir lideri ilə görüşərək Qəzzada atəşkəsi və sülh səylərini müzakirə edəcək. Cənab Obama Əl-Ərəbiyyəyə müsahibəsində Amerikanın bəzən səhvlərə yol verdiyini deyib və bildirib ki, onun adminstrasiyası daha açıq diplomatik yanaşma yolunu tutacaq. "Öz inaqurasiya çıxışımda dediyim kimi, İran kimi ölkələr əllərinin sıxılmasını istəyərlərsə, onda bizim uzanmış dostluq əlimizi görəcəklər" - deyib ABŞ Prezidenti. Yaxın Şərq sülhü barədə danışarkən isə cənab Obama öz adminstrasiyasının İsrailə və onun təhlükəsizliyinə dəstəyini ifadə etsə də, eyni zamanda bildirib ki, israillilər bəzi sərt qərarlar verməli olacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar