SON XƏBƏRLƏR

Bu, nardaranlıların əsəbləriylə oynamaqdır...

2021.10.20, 07:36
Bu, nardaranlıların əsəbləriylə oynamaqdır...

Gunaz.tv
"Bu, nardaranlıların əsəbləriylə oynamaqdır"... Məşədi Natiq Kərimov: "Əli Hüseynovun həbsində maraqlı qüvvələr var" "Mənə elə gəlir ki, Hacı Əli Hüseynovun həbsində maraqlı qüvvələr var və bu həbsin arxasında hələlik hansısa naməlum məqsədlər durur". Bunu "Turan"a Nardaran kənd ağsaqqallarından Məşədi Natiq Kərimov deyib. Əli Hüseynovun həbsilə bağlı Sabunçu rayon prokuroru ilə görüşdüklərini xatırladan Natiq Kərimov prokurorun da öz növbəsində məsələnin müsbət həllinə səy göstərəcəyini bildirdiyini söyləyib. N.Kərimov məqsədlərinin Ə.Hüseynovun zaminə buraxılması olduğunu bildirib. O, Hüseynovun xəstə şəxs olduğunu deyərək, həbsdə saxlanmasının səhhətinə daha pis zərər vuracağını qeyd edib. "Bu kənd əhalisinin əsəblərilə oynamaqdır və yenə də təkrar edirəm ki, hansısa maraqlı qüvvələr Nardaranda 2003-cü ildəki hadisələri təkrar etmək istəyirlər, amma bu, daha keçməz", - deyə N.Kərimov vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar