SON XƏBƏRLƏR

Türkiyəli ekspert Günər Özkan: “Ankarının irəli sürdüyü bu ideyanın məqsədi odur ki, “Nabucco” Ermənistandan keçsin”

2021.10.20, 07:36
Türkiyəli ekspert Günər Özkan: “Ankarının irəli sürdüyü bu ideyanın məqsədi odur ki, “Nabucco” Ermənistandan keçsin”

Gunaz.tv
“QAFQAZ PLATFORMASI” TOPLANTISI BAŞA ÇATDI Türkiyəli ekspert Günər Özkan: “Ankarının irəli sürdüyü bu ideyanın məqsədi odur ki, “Nabucco” Ermənistandan keçsin” Xəbər verildiyi kimi, Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və Ermənistanın xarici işlər nazirlərinin müavinləri yanvarın 26-da İstanbulda Qafqaz Sabitlik və Əməkdaşlıq Platformunun bir qurum kimi formalaşdırılmasını müzakirə ediblər. Hələlik toplantının təfərrüatları barədə heç bir məlumat verilmir. Ancaq Türkiyə mətbuatının yazdığına görə, Ankara diplomatlara ildə 1-2 dəfə bu ölkələrin liderlərinin sammitlər keçirməsini təklif edib. Həmçinin bildirilir ki, toplantı zamanı daha çox Türkiyənin ötən ilin yayında Gürcüstan-Rusiya münaqişəsi zamanı ortaya atdığı ideyanın təşkilati-texniki tərəflərini müzakirə ediblər. Ankara təklif edir ki, Qafqaz platforması yeni regional təşkilat kimi yox, sadəcə məşvərət qurumu kimi formalaşsın. Yəni bu qurumun mənzil-qərargahı və katibliyi olmasın, ancaq ora daxil olan ölkələr müəyyən dövrdə görüşlər keçirib regionda əməkdaşlıq məsələlərini müzakirə etsinlər. Bir sıra ekspertlər isə regiondakı münaqişələrin fonunda bu tip toplantılara skeptik yanaşırlar. Ankarada yerləşən Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının Qafqaz və Xəzər regionları üzrə təhlilçisi Günər Özkan mövzu ilə bağlı “Amerikanın səsi”nə açıqlamasında ÿdeyib ki,ÿ əslində bu, ideyaya cəlb olunan tərəflərin bəzi vacib problemlərə nə qədər ciddi yanaşmasından asılıdır. Daha dəqiqi, Gürcüstandakı müharibədən sonra regiondakı oyunçuların öz problemlərinin həllində nə qədər maraqlı olması sual doğurur. Nəzərə almaq lazımdır ki, “Qafqaz Evi” yaratmaq planının təməli iqtisadi və enerji sahəsində əməkdaşlıq yolu ilə, problemləri həll etmək ideyasına əsaslanıb: ÿ"Əslində, bu yanaşma tərzi əvvəllər də sınaqdan keçirilib. Hələ Bakı-Tiflis-Ceyhan neft ÿkəməri çəkilərkən, belə bir ideya var idi ki, bu marşrut Qarabağ torpaqlarından keçməklə, Ermənistan üzərindən Türkiyəyə istiqamətlənsin. O vaxt bu təklif amerikalılardan gəlmişdi, hətta onun ətrafında müzakirələr də aparıldı. Lakin heç bir nəticə əldə olunmadı. İndi isə mənim gümanıma görə, Türkiyənin təklif etdiyi Qafqaz Platforumunun da təməlində “Nabucco” layihəsi durur. Yəni, bu xəttin Ermənistan üzərindən keçməsi." ÿ Ekspertə görə, Qafqaz platforması ideyasının təşəbbüskarları bu təklif barədə danışarkən, diqqəti bir qayda olaraq, ideyanın siyasi ağırlığına yönəldirlər. Ancaq son aylarda Ankaranın təşəbbüsü ilə nə Azərbaycanla Ermənistan arasında keçirilən görüşlərdən, nə də Rusiya və Gürcüstan rəhbərləri ilə aparılan danışıqlardan bir nəticə əldə olunmadı. “Bizim müşahidələrimizdən belə qənaətə gəlmək olar ki, Türkiyənin irəli sürdüyü bu ideyanın əslində, tam reallığa çevrilməsi üçün Dağlıq Qarabağ probleminin həlli vacibdir. Digər tərəfdən, Ermənistanın uydurma soyqırım məsələsinin dünya müstəvisində təbliğatından da nə dərəcədə əl çəkəcəyi sual doğurur. Beləliklə də, bu cür siyasi problemlər həll olunduqdan sonra ”Nabucco" kimi layihələrin icrasından danışmaq mümkündür" . Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran isə görüşü ANS-ə şərh edərkən deyib ki, Qafqaz platforması ideyası çərçivəsində Türkiyə, Rusiya, Gürcüstan, Azərbaycan və Ermənistan rəsmilərinin növbəti görüşünə ehtiyac var. Onun sözlərinə görə, toplantıda hər bir dövlətin Qafqazdakı münaqişələr barəsində özünün haqlı olduğunu sübuta yetirməyə çalışması yekun bir qərarın qəbul edilməməsi ilə nəticələnib. Növbəti görüşün keçirilməsi vaxtı və yeri isə 5 dövlətin işçi qrupları səviyyəsində müəyyən ediləcək. S.Aran görüşün detalları haqda açıqlama verməyib. Buna baxmayaraq, ümumi məlumatlardan belə görünür ki, ideya ətrafında ilk müzakirələr iflasa uğrayıb. Əslində, bunu ideya irəli sürülərkən əksər ekspertlər təxmin edirdi. Siyasət şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar