SON XƏBƏRLƏR

Erməni politoloquna sui-qəsd təşkil edənə 12 il həbs cəzası

2021.10.20, 07:36
Erməni politoloquna sui-qəsd təşkil edənə 12 il həbs cəzası

Gunaz.tv
Erməni politoloquna sui-qəsd təşkil edənə 12 il həbs cəzası Ermənistan Şimal Cinayət Məhkəməsi politoloq Levon Məlik-Şahnazaryana sui-qəsdlə bağlı cinayət işi üzrə hökm çıxarıb. APA-nın "Voskanapat.info" saytına istinadən yaydığı məlumata görə, politoloqa sui-qəsd təşkil edən "Türk Arşak" ləqəbli Arşak Ağababayan məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Erməni saytının yazdığına görə, "Türk Arşak" və onun əlaltısı German Koncoryan azərbaycanlı Axan adlı bir şəxsin tapşırığı ilə erməni politoloqu Levon Məlik-Şahnazaryana sui-qəsd ediblər. Gürcüstandan Ermənistana gələn hər iki şəxs politoloqun yaşadğı kəndə gedərək onun evinin yerini müəyyənləşdirib və aprelin 22-də 3 metr məsafədən Məlik-Şahnazaryana atəş açıblar. Güllə pəncərənin çərçivəsinə dəyərək istiqamətini dəyişib və politoloqa xəsarət yetirməyib. Bir neçə gün sonra "Türk Arşak" Levon Məlik-Şahnazaryana telefonla zəng edərək mətbuatda çıxışlarını dayandırmağı, əks təqdirdə onu və ailə üzvlərini qətlə yetirəcəyini bildirib. Telefon danışıqlarını lentə yazan politoloq hüquq-mühafizə orqanlarına müraciət edib və mayın 8-də "Türk Arşak" həbs olunub. Erməni saytının yazdığına görə, "Türk Arşak"ın atası o hələ uşaq olarkən vəfat edib və Arşak Ağababayan Gürcüstan vətəndaşı olan azərbaycanlı qadın Bəsti Eyvazovanın himayəsində böyüyüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar