SON XƏBƏRLƏR

Buş oğlunu prezident etmək istəyir

2021.10.20, 07:36
Buş oğlunu prezident etmək istəyir

Gunaz.tv
Buş oğlunu prezident etmək istəyir 12:22 05-01-2009 1989-1993-cü illərdə ABŞ prezidenti postunu tutan böyük Corc Buş ikinci oğlu Ceb Buşun da dövlət başçısı ola biləcəyini açıqlayıb. Lent.az-ın məlumatına görə, ata Buş “Fox News” telekanalına müsahibəsində Cebin prezident olmaq üçün kifayət qədər təcrübəli olduğunu vurğulayıb: “Mən onun nə vaxtsa prezident və ya senator olmasını istəyirəm”. Florida ştatının keçmiş qubernatoru, 55 yaşlı Ceb Buş 2010-cu ildə ABŞ Senatına namizədliyini irəli sürməyə hazırlaşır. Atası isə hesab edir ki, hələlik ikinci oğlunun prezident və ya senator olması tezdir: “Ola bilsin ki, hazırda pis məqamdır. Orada (hakimiyyəti nəzərdə tutur) həddən çox Buş var”. Corc Buşun səlahiyyətləri yanvarın 20-də başa çatır. Həmin gün Vaşinqtonda Barak Obamanın 44-cü prezident kimi inauqurasiyası olacaq. ABŞ tarixində Buşlara qədər ancaq bir dəfə ata və oğul növbə ilə prezident olublar. Con Adams 1797-1801-ci illərdə, onun oğlu Con Kuinsi Adams isə 1825-1829-cu illərdə prezident postunu tutublar. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar