SON XƏBƏRLƏR

Azərbaycanlı zabitlər beynəlxalq tədbirlərə qatılacaqlar

2021.10.20, 07:36
Azərbaycanlı zabitlər beynəlxalq tədbirlərə qatılacaqlar

Gunaz.tv
Azərbaycanlı zabitlər beynəlxalq tədbirlərə qatılacaqlar 12:28 05-01-2009 Müdafiə Nazirliyinin bir sıra ölkələrlə imzaladığı ikitərəfli hərbi əməkdaşlıq proqramları çərçivəsində tədbirlər keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Türkiyə ilə imzalanmış hərbi əməkdaşlıq proqramına uyğun olaraq, İstanbul şəhərində kütləvi qırğın silahlarından mühafizə kursu (5-6 yanvar), Litva ilə hərbi əməkdaşlıq çərçivəsində Estoniyanın Tartu şəhərində Quru Qoşunlarının orta səviyyəli Komandanlıq və Qərargah kursu (yanvarın 7-dən mayın 20-dək), Birləşmiş Komandanlıq və Baş Qərargah kursu, yanvarın 12-dən iyunun 12-dək Vilnüsdə Quru Qoşunlarının kiçik zabitləri üçün komanda-qərargah kursu (avqustun 10-dan 2010-cu il iyunun 18-dək), Böyük Britaniya ilə əməkdaşlıq çərçivəsində York şəhərində hərbi ingilis dili kursu (yanvarın 12-dən aprelin 3-dək), Vişkov şəhərində (Çexiya) təlimatçı kursu (yanvarın 12-dən fevralın 20-dək) keçiriləcək. Bundan başqa, ABŞ-la imzalanmış hərbi əməkdaşlıq proqramına uyğun olaraq, San-Antonio şəhərində tibb xidməti zabiti kursu (yanvarın 14-dən noyabrın 4-dək), Bakıda «Regional cavabvermə-2009» təliminin yekun planlaşdırma konfransı (yanvarın 12-dən 16-dək), Vaşinqtonda ABŞ-ın bioloji təhlükələrin azaldılması proqramı çərçivəsində görüş (yanvarın 12-dən 16-dək) baş tutacaq. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin zabitləri iştirak edəcək. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar