SON XƏBƏRLƏR

Bağdadda 35 şiə zəvvarı partladıldı – FOTOLENT

2021.10.20, 07:36
Bağdadda 35 şiə zəvvarı partladıldı – FOTOLENT

Gunaz.tv
Bağdadda 35 şiə zəvvarı partladıldı – FOTOLENT 12:38 05-01-2009 foto lent < 1 / 3 > İraqda sünni-şiə qarşıdurması kəskinləşir İraq paytaxtında növbəti qanlı terror aksiyası həyata keçirilib. Lent.az-ın “BBC” teleradiokorporasiyasına istinadən verdiyi məlumata görə, qadın terrorçu kamikadzenin həyata keçirdiyi partlayış nəticəsində ən azı 35 şiə zəvvarı ölüb, daha 55 nəfər isə yaralanıb. İnformasiyaya görə, kamikadze qadın dini mərasimə üz tutan kütlənin arasında partlayıcı qurğunu işə salıb. Ölənlər arasında İran vətəndaşlarının olduğu da bildirilir. Partlayış 799-cu ildə vəfat edən 7-ci imam Musa Kazımın basdırıldığı məscidin yaxınlığında həyata keçirilib. Qeyd edək ki, yanvarın 2-də Bağdad yaxınlığındakı Yusifiyyə şəhərində partlayış zamanı sünni icmasının 30 nümayəndəsi öldürülüb. Terrorçu kamikadze yerli ağsaqqalların yığışdığı evə girərək binanı partladıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar