SON XƏBƏRLƏR

Avropada qaz böhranı davam edir

2021.10.20, 07:36
Avropada qaz böhranı davam edir

Gunaz.tv
Avropada qaz böhranı davam edir 13:13 05-01-2009 Rusiya Ukraynanı qaz oğurluğunda günahlandırır Rusiya və Ukrayna arasında təbii qazla bağlı başlayan münaqişə Avropa ölkələrinə də təsirini göstərir. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bir çox Şərqi Avropa dövlətləri Rusiyadan aldıqları qazın həcminin azaldığını bildirirlər. Artıq Yunanıstan Rusiyadan aldığı qazın həcminin üçdə birə qədər azaldığını bəyan edib. Yunanıstanın “DEPA” dövlət şirkətinin nümayəndəsi Andreas Xristodulakis yanvarın 5-də sifariş edilən 6 milyon kubmetr əvəzinə 4 milyon kubmetr qaz aldıqlarını vurğulayıb. Bundan əlavə, Çexiya Rusiyadan aldığı qazın həcminin 5, Rumıniya 30, Bolqarıstan 10-15, Polşa 11 faiz azaldığını bildirir. “Qazprom” baş verənlərdə Ukraynanı ittiham edir. Şirkət nümayəndələri bildirirlər ki, “Naftoqaz” Avropaya nəql olunan qazı oğurlayır. Xatırladaq ki, “Qazprom” yaranan borca görə yanvarın 1-dən Ukraynaya qaz verilməsini dayandırılıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar