SON XƏBƏRLƏR

Neftin qiyməti 48 dollara yaxınlaşır

2021.10.20, 07:36
Neftin qiyməti 48 dollara yaxınlaşır

Gunaz.tv
Neftin qiyməti 48 dollara yaxınlaşır 14:09 05-01-2009 Qızıl isə əksinə, ucuzlaşır 2008-ci ilin son gününə qədər ucuzlaşmaqda davam edən neft indi bahalaşmağa başlayıb. Yeni ilin ilk günlərində birjalarda müşahidə olunan canlanma sürətli qiymət artımı ilə nəticələnib. Lent.az-ın məlumatına görə, indi dünya birjalarında “layt” markalı neftin bir barelinin qiyməti 47 dollar 66 sentdir. “Brent” markalı “qara qızıl” isə 47 dollar 72 sentə satılır. Yeri gəlmişkən, birjalarda dolların məzənnəsində də artım müşahidə olunur. Hazırda 1 avro 1 dollar 39 sentə dəyişdirilir. Qızılın unsiyası isə 5 dollar 20 sent ucuzlaşıb. İndi dünya birjalarında nəcib qızıl 874 dollar 30 sentə təklif olunur. Elxan SALAHOV LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar