SON XƏBƏRLƏR

Azərbaycan siyasətçiləri Yaxın Şərqdə sülh istəyirlər - SORĞU

2021.10.20, 07:36
Azərbaycan siyasətçiləri Yaxın Şərqdə sülh istəyirlər - SORĞU

Gunaz.tv
Azərbaycan siyasətçiləri Yaxın Şərqdə sülh istəyirlər - SORĞU 16:58 05-01-2009 “Atəş dayandırılmalıdır...” “İsrailin Qəzzada keçirdiyi əməliyyat çox ciddi və xoşagəlməz bir məsələdir. Bu, dünya üçün təhlükə törədir”. Bunu İsrailin Qəzza bölgəsində gerçəkləşdirdiyi hərbi əməliyyatlarla bağlı mövzunu Lent.az-a şərh edərkən hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildirib ki, bu məsələdə yalnız İsraili qınamaq, günahkar bilmək düzgün deyil: “Çünki bu hadisələrə qədər də dəfələrlə Qəzza bölgəsində yerləşən Fələstin hərbi birləşmələrinin vaxtaşırı İsrail ərazisini raketlə bombardman etdiyi, infrastrukturuna zərbə vurması barədə məlumatlar yayılırdı. 6 ay bundan əvvəl İsrail hökuməti ilə Qəzzadakı Fələstin-Həmas administrasiyası arasında 6 aylıq atəşkəs barədə saziş bağlanmışdı. Bu sazişin olmasına da baxmayaraq, vaxtaşırı Qəzzadan İsrailə, onun yaşayış massivlərinə raket zərbələri endirilir, minomyot atəşinə tutulurdu. İsrail də bunun qarşısını almaq üçün son addımı atdı. Düzdür, məsələni digər üsulla – danışıqlarla, nüfuzlu ərəb ölkələrini Qəzza administrasiyasının rəhbərliyinə təsir etmək yolunu götürmək də olardı. İstənilən halda, Fələstin tərəfdə də, İsrail tərəfdə də dinc əhali qırılır, müharibə normal həyatı tamamilə darmadağın edir. Ona görə də təcili olaraq atəş dayandırılmalı və tərəflər bundan sonra bir-birinə hücum etməmək barədə konkret razılığa gəlməlidirlər”. Müsavat Məclisinin sədri Sülhəddin Əkbər isə bildirib ki, partiya Divanının iclasında İsrailin Qəzzaya hücumu məsələsi müzakirə olunub və konkret mövqe formalaşdırılıb: “Müsavat Partiyası sülh danışıqları prosesinin və atəşkəsin pozulmasından dərin təəssüfünü bildirir. Biz İsrailin keçirdiyi xüsusən quru əməliyyatlarından dərin narahatçılığımızı bildiririk. Partiya tərəfləri atəşkəsi bərpa etməyə, eyni zamanda beynəlxalq birliyi əməliyyatların durdurulması üçün səyləri artırmağa çağırırıq”. Politoloq Vəfa Quluzadə isə bildirib ki, bu məsələdə hakim rolunda çıxış edərək kimin haqlı, kimin haqsız olduğunu demək çətindir: “Buna münaqişə də demək olmaz. Bu, 60 ildən çox sürən bir əhvalatdır. Burada demək olmaz ki, kim günahkardır. Ancaq günahsızlar var. Günahsızlar bombaların altında ölən dinc əhalidir, uşaqlardır, qocalardır, qadınlardır”. Pərvin ABBASOV LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar