SON XƏBƏRLƏR

Türkiyə Azərbaycana 170 milyon dollardan çox hərbi yardım göstərib

2021.10.20, 07:36
Türkiyə Azərbaycana 170 milyon dollardan çox hərbi yardım göstərib

Gunaz.tv
Türkiyə Azərbaycana 170 milyon dollardan çox hərbi yardım göstərib 19:46 05-01-2009 Ankaranın son 17 ildə bu sahədə ən çox yardım etdiyi ölkə Azərbaycandır Türkiyə Silahlı Qüvvələri 1992-2008-ci illərdə Azərbaycan da daxil olmaqla, dünyanın 16 ölkəsinə 487 milyon ABŞ dolları dəyərində hərbi yardım göstərib. Lent.az-ın bildirdiyinə görə, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb. Türkiyə ötən müddət ərzində Mərkəzi Asiyadakı türkdilli ölkələrə də hərbi yardımlarını davam etdirib. Bu dövrdə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı (PfP) çərçivəsində Türkiyə Silahlı Qüvvələri 43 ölkə ilə hərbi təhsil sahəsində əməkdaşlıq, 51 ölkə ilə hərbi əməkdaşlıq müqaviləsi imzalayıb. NATO-nun proqramları çərçivəsində Türkiyə indiyədək 125 İraq general və zabitinə təlim keçib. Türkiyənin 1997-ci ildən bəri Azərbaycana göstərdiyi hərbi yardımlar 170 milyon dolları keçib. Milli Müdafiə Nazirliyinin açıqladığı hesabata görə, ötən 17 il ərzində Türkiyənin ən çox hərbi yardım göstərdiyi ölkə Azərbaycan olub. Türkiyə Azərbaycana maddi-texniki yardımlarla yanaşı hərbi təhsil, təlimlərin verilməsi, tibb, rabitə, hava hücumundan müdafiə sahəsində yardımlarını davam etdirib. Türkiyə, Azərbaycan da daxil olmaqla, 38 ölkə ilə hərbi sənaye sahəsində əməkdaşlıq edir. Hazırda Türkiyənin “Roketsan” şirkəti Azərbaycanın İqlim, ASELSAN şirkəti “Radioquraşdırma”, ÖZTEK və SELEX şirkətləri Azərbaycanın “Cihazqayırma”, Makina və Kimya Sənaye Qurumu (MKEK) “Telemexanika”, FNSS şirkəti “Maşınqayırma” və “Alov” zavodları ilə birgə məhsul istehsalı proqramlarını nəzərdən keçirir. Türkiyə Müdafiə Sənayesi Müşavirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Lütfi Varoğlu Lent.az-a açıqlamasında artıq rabitə vasitələrinin istehsalı ilə məşğul olan tanınmış türk şirkəti SELEX-in Azərbaycan müəssisələri ilə əməkdaşlığa maraq göstərdiyini deyib. L. Varoğlunun sözlərinə görə, hazırda SELEX Azərbaycanın “Cihazqayırma” zavodu ilə birgə məhsul istehsalına dair danışıqlar aparır. Müzakirələr müsbət nəticə verərsə, “Cihazqayırma” zavodu SELEX-ə daşınar və stasionar radiostansiyalar üçün müəyyən detallar və gövdələr hazırlayacaq. Rəşad Süleymanov LENT.AZ Xəbərin oxunma sayı: 32

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar