SON XƏBƏRLƏR

Doğma torpaqlarına qayıdan Ahıska türklərinə dəstək məqsədilə bank hesabı açılıb

2021.10.20, 07:36
Doğma torpaqlarına qayıdan Ahıska türklərinə dəstək məqsədilə bank hesabı açılıb

Gunaz.tv
Doğma torpaqlarına qayıdan Ahıska türklərinə dəstək məqsədilə bank hesabı açılıb Bakı. Laçın Sultanova - APA. Bu gün Azərbaycan Atatürk Mərkəzində Gürcüstandakı tarixi torpaqlarına qayıdan Ahıska türklərinə dəstək məqsədilə dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Ahıska Türklərinin Beynəlxalq “Vətən” Cəmiyyəti tərəfindən təşkil olunan tədbirə millət vəkilləri və ictimai xadimlər qatılıblar. Cəmiyyətin sədri İbrahim Burhanov bildirib ki, indiyədək 12 min 500 Ahıska türkü geri dönmək üçün rəsmi müraciət edib. Sənədlərin qəbulu üçün müəyyənləşdirilmiş müddətin iyul ayına qədər uzadıldığını xatırladan İ. Burhanov deyib ki, doğma torpaqlara qayıdan insanlar “Vətən” Cəmiyyətinə üz tutaraq dəstəyə ehtiyac duyduqlarını söyləyirlər. Millət vəkili, Azərbaycan-Gürcüstan parlament dostluq qrupunun sədri Qənirə Paşayeva isə Ahıska türklərinə yalnız qayıdış hüququnun verildiyinə diqqət çəkib. Belə ki, dönmək istəyənlər yalnız öz hesablarına torpaq ala, ev tikə və təsərrüfat qura bilərlər. Azərbaycan xalqının Ahıska türklərinə hər zaman əl tutduğunu xatırladan Q. Paşayeva yanvar ayında alacağı əməkhaqqını ahıskalılara dəstək məqsədilə açılmış hesaba köçürəcəyini bəyan edib və hamını bu dəstəyə qoşulmağa çağırıb. Deputat toplanacaq vəsaitin xərclənməsinə nəzarət edəcək 20 nəfərlik ictimai qrup yaradıldığını da açıqlayıb. Millət vəkili Hadı Rəcəbli isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, həmçinin Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bu işə cəlb olunmasının vacibliyini vurğulayıb. Bu təcrübənin yaxşı təcrübə olacağını söyləyən deputatın fikrincə, Azərbaycan torpaqları erməni işğalından azad edildikdən sonra aparılacaq yenidən məskunlaşdırma prosesində bu təcrübədən istifadə oluna bilər. Ahıska türklərini əməksevər xalq adlandıran millət vəkili Aydın Mirzəzədə isə hesab edir ki, onların qayıdışından Gürcüstan dövləti çox böyük iqtisadi səmərə əldə edəcək. Ahıska türklərinə yardım etmək istəyənlər aşağıdakı bank hesabına vəsait köçürə bilərlər: Bank: NBC Bak ASC VÖEN: 1700130681 Kod: 505345 M/hesabı: 0137010045944 SWIFT BIK Kod: NBCBAZ22

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar