SON XƏBƏRLƏR

Türkmənsəhra Azadlıq Təşkilatı assimlyasiya siyasətinə etirazını bildirir _ Fars şovinist rejimi Azərbaycan türkcəsinin ləğvinə cəhd göstərir...

2021.10.20, 07:36
Türkmənsəhra Azadlıq Təşkilatı assimlyasiya siyasətinə etirazını bildirir _ Fars şovinist rejimi Azərbaycan türkcəsinin ləğvinə cəhd göstərir...

Gunaz.tv
Türkmənsəhra Azadlıq Təşkilatı assimlyasiya siyasətinə etirazını bildirir irandasozazadliqi.jpg "Fars şovinist rejimi Azərbaycan türkcəsinin ləğvinə cəhd göstərir" DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Türkmənsəhra Azadlıq Təşkilatı İrandakı mövcud fars şovinist rejiminin Azərbaycan türklərinə, onun mənəviyyatına, mədəniyyətinə, dilinə qarşı basqılarını artırmasına etiraz əlaməti olaraq bəyanat yayıb. sənəddə bildirilir ki, İrandakı mövcud rejim Azərbaycan türkcəsini tamamilə aradan qaldırmaq üçün səylərini artırıb: "Halbuki Azərbaycan türkləri min illərdir İran adlanan coğrafi ərazidə yaşayırlar. Bu yer onların tarixi əraziləridir. Məhz İrandakı çoxlu tarixi şah əsər türklərin irsidir. Ancaq fars şovinist rejimi hazırda İran adlanan coğrafi ərazidə Azərbaycan türkcəsini ləğv etməyə cəhd edir. Bu yerdə əhalinin yarısı Azərbaycan türklərindən, türkmənlərdən, kaşğarlardan və digər türksoylu toplumlardan ibarətdir. Fars şovinist rejimi hələ də türklərə ana dilində təhsil haqqı verməkdə dirənir. Türkmənsəhrada kəndlərin adları dəyişdirilir və türkmənlər öz uşaqları üçün türk adlarını seçə bilmir. İndi də ad dəyişikliyi xəbərləri Təbriz və Güney Azərbaycanın başqa şəhərlərindən gəlməyə başlayıb. Fars şovinist rejimi İranda Türk dilinin tənəzzülünü istəyir. Ancaq onların bu arzusu fantaziya olaraq qalacaq". Bəyanatda qeyd olunur ki, İranın Mədəniyyət Nazirliyi adlarını farscaya dəyişmək üçün Güney Azərbaycanda 590 mağazaya xəbərdarlıq göndərib və nəticədə onlardan 530-u bunu etmək məcburiyyətində qalıb: "Türkmənsəhra Azadlıq Təşkilatı olaraq, fars şovinist rejiminin İranda Türk dilini məhv etməyə çalışmaq səylərini pisləyir və bəyan edirik ki, Türk dili İranda axırıncı türkün ölümünə qədərər yaşayacaq. İranda öz tarixi torpaqlarında yaşayan hər bir türkmən, Azərbaycan türkü, qaşqaylar və digər türk toplumları Uca Türk Millətinin şərəfidir və bu millət min illər boyu yaşatdığı mənəviyyatının korlanmasına imkan verməyəcək. İranda Türk dili türkmən, Azərbaycan türkü, qaşqaylar və digər türk toplumları yaşadıqca mövcud olacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar