SON XƏBƏRLƏR

Təbriz gənçlərinin yeni işi QANLARİN SATMAX olup

2021.10.20, 07:36
Təbriz gənçlərinin yeni işi QANLARİN SATMAX olup

Gunaz.tv
Təbriz gənçlərinin yeni işi QANLARİN SATMAX olup qan_satma.jpg Bir Təbrizli milli fəalın informasiya mərkəzinə verdiyi məlumata görə, o, müalicə üçün Təbrizdə bir xəstəxanaya müraciət edir. Xəstəxanadan çıxarkən binanın qarşısında gənclərin toplaşması onun diqqətin çəkir. Nəhayət ki, bu işin səbəbin soruşur və ona bildirirlər ki, bu cavanlar qanların satmaq üçün xəstəxanaya müraciət ediblər.Son zamanlarda İranın Səhiyyə Nazirliyinin məsulları bildiriblər ki, qanalmaqla əlaqədar bəzi müəssisələrə izin veriblər. Amma bu şərtlə ki, həmin müəssisələr İranın Qanköçürmə İnstutunun nəzarəti altında fəaliyyət göstərələr. Qan alış - verişi ilə əlaqədar kütlə içində belə informasiya yayılır ki, cavanlar qan verməklə xəstə adamlara yardımçı olurlar, həm də bu vasitə ilə bir balaca pul qazanırlar. Bu işlə həm maddı və həm də mənəvi qazanc əldə edirlər. Amma Güneyli mənbələrin verdiyi məlumta görə, alınan qandan qan plazması məhsulları hazırlanır və xarici ölkələrə satılır. gaip xəbər mərkəzinin aldiği məlumat Azad tribundan, qan verən hər bir adama 10 - 15 min tümən ( 10 - 15 dollar ) verilir. Əgər özü ilə qan vermək üçün başqa bir gənci ora apararsa, bu iş üçün ona 5 min tümən pul ödənilir. Qan götürülən mərkəzlərdə qan almamaışdan qabaq bir neçə sual verilər. Bu suallara cavab gərək mənfi olsun. Əgər hər hansı bir suala müsbət cavab verilərsə, o zaman qan almaqdan imtina edirlər. Suallar bunlardan ibarətdirlər: " Sənin başın gicələnir, ya yox? Narkotik maddələr qəbul edirsiniz, ya yox? Açıq yaranız var, ya yox? Ailənizdə qan xəstəliyinə tutulan var, ya yox?" və s. Bir müddət bundan əvvəl Tehran şəhərinin İtaliya adlı küçəsində xüsusi bir mərkəz pul verib, qan alırdı. Bu mərkəz də İran Qanköçürmə İnstutunun nəzarəti altında fəaliyyət göstərirdi. Buraya müraciət edənlərin də əksəri yoxsul Azərbaycanlılar olmuşdurlar. Əgər Güney Azərbaycanın şəhərlərində fabriklər iflasa uğrayıb, orda çalışanlar işsiz olurlarsa, rejim xalqa yeni iş imkanı yaradır. Onlar qanların satıb, özlərin və ailələrinin acından ölməmək üçün çörək pulun qazanırlar.gaip

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar