SON XƏBƏRLƏR

BMT atəşkəs qərarı qəbul edə bilmədi

2021.10.20, 07:36
BMT atəşkəs qərarı qəbul edə bilmədi

Gunaz.tv
BMT atəşkəs qərarı qəbul edə bilmədi bmt.gif 14 ölkənin razılaşdığı layihənin qəbuluna ABŞ veto qoydu BMT Təhlükəsizlik Şurasının Qəzzadakı vəziyyətə dair müzakirəsi nəticəsiz başa çatıb. Lent.az-ın Frans-Press-ə istinadən məlumatına görə, TŞ üzvü olan 15 ölkənin təmsilçiləri sonda vahid bəyanat qəbul edə bilməyiblər. Məsləhətləşmələr zamanı Liviya atəşin hər iki tərəfdən dayandırılması barədə TŞ sədrinin mətbuat üçün bəyanatının layihəsini təklif edib. BMT-dəki mənbələrdən “RİA-Novosti”yə bəlli olub ki, Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin hamısı atəşkəsin vacibliyi barədə ortaq rəyə gəlsələr də, ABŞ əleyhinə səs verdiyi üçün sənəd qəbul edilməyib. Məlumata görə, müzakirələrin gedişində nəinki ortaq bəyanatın qəbulu, heç ortaq rəyə gəlmək də mümkün olmayıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar