SON XƏBƏRLƏR

Kastro Obamaya danışıqlar təklif etdi

2021.10.20, 07:36
Kastro Obamaya danışıqlar təklif etdi

Gunaz.tv
Kastro Obamaya danışıqlar təklif etdi kastro.jpg Kuba lideri Raul Kastro ABŞ-ın yeni seçilən prezidenti Barak Obamaya birbaşa danışıqlar keçirməyi təklif edib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Kastro bu barədə kubalırlara televiziya müraciət zamanı bəyanat verib. Kuba lideri hər iki tərəfin qarşılıqlı addım atmalı olduğunu vurğulayıb: “Biz bu addımı nə zaman olsa, onlar nə zaman istəsələr, vasitəçi olmadan, birbaşa şəkildə atmağa hazırıq. Amma biz tələsimirk. Bizim ümidsiz şəkildə buna can atdığımızı söyləmək olmaz”. Kuba prezidenti bildirib ki, Obama çox şeyi dəyişə və düzgün istiqamətdə addım ata bilər: “Obama hər yeni prezidentin bir və ya bir neçə müharibə aparması ilə bağlı ABŞ-da artıq ənənəyə çevrilən qaydanı poza bilər”. Bununla yanaşı o, ABŞ-ın Kubaya yönəlik düşmən siyasətində radikal dəyişiklik olacağına ümid etmədiyini və Obamadan çox şey gözləmədiyini vurğulayıb: “Amma mən səhv etməyimə sevinərəm”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar