SON XƏBƏRLƏR

TEHRANDA İTALYAN MAĞAZASINI YANDIRDILAR

2021.10.20, 07:36
TEHRANDA İTALYAN MAĞAZASINI YANDIRDILAR

Gunaz.tv
TEHRANDA İTALYAN MAĞAZASINI YANDIRDILAR Dekabrın 30-da naməlum şəxslər qadın geyimləri satışı ilə məşğul olan italyan şəbəkəsi - «Benetton» mağazalar şəbəkəsinin Tehran filialını yandırıblar. «Media forum» saytı xəbər verir ki, «Benetton»un yandırılması onun yəhudilərlə bağlılığı ilə izah edilir. Bir il əvvəl parlamentin bir neçə deputatı Daxili İşlər Nazirliyinə müraciət edərək İranın bir neçə şəhərində filialı olan «Benetton» mağazalarının fəaliyyətinə qadağa qoyulmasını istəmişdilər. Parlamentarlar mağaza şəbəkələrinin sahibi Lusiano Benettonu « Sionizm şəbəkəsinə bağlı bir milyarder» adlandıraraq onu İran qadınları arasında Qərb modalarını və Qərb geyim tərzini yaymaqda günahlandırmışdılar. «Benetton» Tehranda və İranın digər şəhərlərində öz şöbələrini açmaq üçün İran hökumətindən rəsmi lisenziya alıb. Hazırda Tehran, Məşhəd və Yəzd şəhərlərində onun şöbələri fəaliyyət göstərir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar